İsveçdə Quranın yandırılması ilə bağlı növbəti aksiya ölkənin NATO-ya daxil olması prosesini çətinləşdirə bilər. Elchi.az Lent.ru-ya istinadən xəbər verir ki, bunu politoloq, siyasi elmlər namizədi Stanislav Bışok deyib.
“Hazırda İsveç formal olaraq NATO üzvü deyil, bütün digər NATO üzvləri ilə eyni imtiyazlara malikdir. Əgər indi kimsə İsveçə hücum etsə, onun təhlükəsizliyinə zəmanət verən ölkələr ona kömək etməyə borcludurlar” – deyə o bildirib.
Havar Şəfiyeva






