“Bugünkü futbolçu potensialı ilə əcnəbi məşqçiyə külli miqdarda pul xərcəmək axmaqlıqdan başqa bir şey
deyil”
deyil”Berti Foqtsu söyüş-qarğışla yola salan və bu gün qabırğasına döşəməkdən yorulmayan futbol azarkeşlərimiz “Qarabağ”ın sonuncu məğlubiyyətindən sonra daha da pərt duruma düşüblər. Bu yandan da AFFA prezidenti Rövnəq Abdullayevin almaniyalı çalışdırıcının yerinə daha bir əcnəbi məşqçinin gətiriləcəyini söyləməsi məsələni bir az da qəlizləşdirib və ikitirəlik yaradıb. Bir tərəf AFFA prezidentiylə razılaşsa da əks arqumentin tərəfdarları yerli məşqçilərə şans verilməsini doöru hesab edirlər…
“Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli də əcnəbi çalışdırıcını qəbul etməyənlərdəndi. Moderator.az-a açıqlamasında baş redaktor deyir ki, istisnasız yerli məşqçi gəlməlidir:
“İstisnasız yerli məşqçi gəlməlidi. Şəxsən mən elə bu gün Qurban Qurbanova şans verilməsinin tərəfdarıyam. Amma təəssüf ki, AFFA-ya rəhbərlik edənlər 43 yaşın içində olan adamı hələ də baş məşqçi postu üçün gənc sayırlar. Qurban olmasın, Əsgər Abdullayev, Yunis Hüseynov, Nazim Süleymanov, lap elə Ağasəlim Mircavadov olsun – istənilən halda, bugünkü futbolçu potensialı ilə əcnəbi məşqçiyə külli miqdarda pul xərcəmək axmaqlıqdan başqa bir şey deyil.”