"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qurban Qurbanov: “Bu qələbə işimizi asanlaşdırdığı qədər də çətinləşdirib” – MÜSAHİBƏ

04 Noyabr 2016 - 07:16
in XƏBƏR LENTİ
 Qurban Qurbanov: “Bu qələbə işimizi asanlaşdırdığı qədər də çətinləşdirib” - MÜSAHİBƏ

“İlk olaraq “Qarabağ” camiəsini təbrik edirəm. Çətin oyun oldu. Asan qələbə olduğunu deməzdim. Gərgin matç keçdi. Bu cür mühitdə yaxşı çıxış etdilər, soyuqqanlı oldular və düşündüyümüz oyunu qurdular. Fikrimcə, çox yaxşı komandaya qalib gələrək qrupdan çıxmaq şanslarımızı yaxşılaşdırdıq”.
“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis Yunanıstanda PAOK-la keçirilmiş Avropa Liqasının IV turunun oyunundan sonra təşkil olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
Oyunun dönüş nöqtəsi Miçelin meydana çıxması oldu. Həmin ana qədər olan vəziyyəti izah edərdiniz…
– Bəzən əvəzetmələr uğurlu alınır. Belə hallar çox olur. Oyunun gedişatında hansısa dəyişikliyin olmasına ehtiyac duyursan. Rahid Əmirquliyev çox iş gördü. Rəqibin sol cinahı çox güclü idi. Həmin ərazidə Maksim, Rahid, Dani və Qara çox düzgün oynadı və bir-birini tamamladı. Neçə gündür bunun üzərində çalışırdıq. Hiss etdik ki, topla daha tez davranmağa ehtiyac var. Miçel bizim təcrübəli oyunçularımızdan biridir. Qol vurmasa da, tapşırığı yerinə yetirməyə çalışır. Hər bir oyunçudan razı qaldım.
 
Qələbədən sonra “Qarabağ”ın mərhələ adlamaq şansını necə dəyərləndirirsiniz?
– Hər bir uğurlu oyundan sonra məsuliyyət daha da artır. Digər rəqiblər bizə qarşı daha ciddi yanaşır və ciddi hazırlaşır. Bu qələbə işimizi asanlaşdırdığı qədər də çətinləşdirib. Qarşıda həm “Slovan”, həm də “Fiorentina”ya qarşı oyunumuz var. PAOK-un şansı da yaxşıdır. Çünki onlar evdə “Slovan”la, biz isə “Fiorentina” ilə oynayırıq. Şansları 50/50-yə dəyərləndirirəm.
PAOK-un “Qarabağ”a yaşatdığı ən çətin anlar hansı idi?
– Çətinlik həm Bakıda, həm də burada oldu. Ən əsas sağ və sol cinah müdafiəçiləri hücuma sürətlə çıxırdı. Bəzi anlarda meydanın mərkəzini boş buraxırdıq və bu da bizə çətinlik yaradırdı. Bir də PAOK standart vəziyyətlərdən, küncdən zərbələrdən təhlükəlidir. Rəqibin bu oyununu çox izləmişdik və küncdən zərbələrin təhlükəli olduğunu bilirdik. Həm Bakıda, həm də buradakı oyun ağır oldu.
– Daha uğurlu nəticə əldə etmək üçün həmişə dəyişiklik olmalıdır və öz üzərimizdə işləməliyik. Mən “Viktoriya” ilə oyundan razı qalmışdım. Baxmayaraq ki, həmin oyunun sonunda qol buraxdıq və Çempionlar Liqasına gedə bilmədik. Həmin vaxt komandalar pik formada olmur. Amma zamanla hər kəs öz oyununu göstərir. Bundan sonra da dəyişiklik edib, ən azından bu çıxışı saxlamaq lazımdır.
 
PAOK-un zəif tərəfi hansı idi ki, onlardan istifadə etdiniz?
– Hər bir rəqibə hörmətlə yanaşırıq və bu səbəbdən zəif tərəfini söyləyə bilmərəm. Bir neçə üstün cəhətləri vardı və bunun qarşısını ala bilmərik. Bu komanda haqda yalnız xoş sözlər deyə bilərəm.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Səlahəddin Demirtaş həbs olundu – Yenilənib

Next Post

Britaniya Rusiya ilə müharibəyə hazırlaşır

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Britaniya Rusiya ilə müharibəyə hazırlaşır

“Rusiya Azərbaycanın müttəfiqi deyil, tərəfdaşıdır”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.