"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qurban Qurbanovdan ETİRAF: “Zəif oynadıq”

28 Noyabr 2022 - 23:00
in İDMAN

“Birbaşa deyə bilərəm ki, zəif oynadıq”.

Bunu da oxuyun

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

Elchi.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Azersun Arena”da “Zirə” ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XV tur oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, gözlənilən səviyyədə oynamamalarının müəyyən səbəbləri var: “İlk olaraq, rəqib imkan vermədi. Yaxşı, ağıllı oyun qurmuşdular. Digər tərəfdən, öz oyunumuzda istədiyim dinamika, sürət yox idi. Görünür ki, fasilə bizə mane olub. İstər-istəməz oyundan kənarda qaldıq. Futbolçuların hamısı birlikdə olmadılar. Hər halda, xallarımızın üzərinə növbətisi gəldi”.

O, futbolçuları da başa düşdüyünü söyləyib: “Fasilədən sonra yığışmaq o qədər asan deyil. Uzun marafon keçmişdilər. Çox yorulmuşdular, istirahətə ehtiyacları var idi. Görünür, lap yaxşı dincəliblər. Oyun və heyət baxımından çatışmazlıqlar var idi. Qarşıdakı görüşə hazırlaşacağıq. Açığı, normal hazırlıq üçün heç vaxtımız da yoxdur”.

Təcrübəli baş məşqçi “Zirə” ilə əvvəlki matçda 7:0 hesablı qələbənin futbolçularda arxayınlıq yaratdığını istisna etməyib: “Amma çalışırıq ki, belə halları aradan qaldıraq. Bəlkə də futbolçularda mənim hiss etmədiyim arxayınlıq var idi. Bunun üzərində çalışmışdıq. “Zirə”nin sonrakı matçlarına baxmışdıq. Elə oyunları olmuşdu ki, məğlubiyyətə layiq deyildilər, qalib gəlməliydilər. Futbolçularıma daim bu barədə deyirdim”.

Qurbanov futbolçuların artıq istirahət haqqında düşündüklərini hiss etdiyini vurğulayıb: “Gözləyirlər, dekabr ayı nə vaxt gələcək ki, istirahət olsun. Amma bu, zarafatdır. Hər bir halda, futbolçular peşəkardırlar. Belə hallar ilk dəfə deyil. Yadınızdadırsa, müsahibələrimdə həmişə demişəm ki, komanda eyni səviyyədə ilboyu oynaya bilməz. Xal itkisi də olacaq, məğlubiyyət də. Qarşıda hələ çox oyun var. Bəzən belə matçların həm mənim, həm də komandam üçün faydası olur”.

Mütəxəssis Maksim Medvedevin uzun fasilədən sonra yenidən cinah müdafiəçisi kimi oynamasına da toxunub: “Zədədən sonra az oyun keçirmişdi. Hazırlığı yaxşı səviyyədə deyildi. Amma bu gün öz təcrübəsindən istifadə etdi. Orada oynadacağım oyunçum yox idi. Marko Veşoviç millinin düşərgəsində zədələnib. Abbas Hüseynov oyuna iki gün qalmış sıradan çıxdı. Ona görə orada Medvedevə şans verdim və o da yaxşı təsir bağışladı. Çıxışından razı qaldım”.

O, XVI turda qarşılaşacaqları “Neftçi” komandasının güclənib-güclənməməsi ilə bağlı suala isə belə cavab verib: “Neftçi” həmişə güclüdür. Bizim oyunlarımız tam fərqli məcrada keçir. Bu komanda həmişə çempionatımızın liderlərindən biri olub”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ərdoğan: “Türkiyənin terrorla mübarizə planları heç kimi narahat etməməlidir”

Next Post

Tatarıstan Prezidenti Azərbaycanda səfərdədir – FOTO

Bənzər yazılar

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

06 May 2024 - 21:27

Almaniyanın "Bayer 04" komandası yeni rekorda imza ata bilər. Elchi.az  xəbər verir ki, Xabi Alonsonun yetirmələri mayın 9-da UEFA Avropa...

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

06 May 2024 - 15:40

Futbol üzrə Azərbaycan millisinin beynəlxalq yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib. Elchi.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma...

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

06 May 2024 - 14:46

Kişi həndbolçuların Azərbaycan çempionatında 19-cu tura Bakıda start verilib. Elchi.az xəbər verir ki, “AHF Arena”da keçirilən turun mərkəzi oyununda “Azəryol”la “Kür” üz-üzə...

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

06 May 2024 - 11:03

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə vurduğu ev qollarının sayını 50-yə çatdırıb. Elchi.az  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər...

Next Post
Tatarıstan Prezidenti Azərbaycanda səfərdədir – FOTO

Tatarıstan Prezidenti Azərbaycanda səfərdədir - FOTO

Fransada yerləşən təşkilatdan Konqo prezidentinə qarşı sui-qəsd İDDİASI

Fransada yerləşən təşkilatdan Konqo prezidentinə qarşı sui-qəsd İDDİASI

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.