Türkmənistan Xalq Məsləhət Şurasının sədri, keçmiş prezident Qurbanqulu Berdiməhəmmədov İbrahim Rəisi ilə görüşmək üçün İrana səfər edib.
Elchi.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Q.Berdiməhəmmədovu siyasi və iqtisadi rəsmilərdən ibarət yüksək rütbəli nümayəndə heyəti müşayiət edib.
Səfər zamanı Türkmənistan Xalq Məsləhət Şurası sədrinin İran parlamentinin sədri Məhəmməd Bagir Qalibaf və Məsləhət Şurasının rəhbəri Sadiq Amoli Laricani ilə də görüşləri olacaq.




