"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Quru sərhədlərimiz açılarsa, ölkəmizə daha çox turistlər gələcək”

26 Sentyabr 2022 - 17:36
in İQTİSADİYYAT

“Pandemiya elan olunandan bəri ilk dəfə Azərbaycana gələn turistlərin sayı 1 milyon nəfəri keçib. Bu ilin ilk 8 ayında ölkəyə 1 milyon 4 min turist gəlib. Qeyd edək ki, ötən il ölkəmizə 791,8 min, 2020-ci ildə isə 795,7 min əcnəbi gəlmişdi. Bu il Azərbaycana gələn turistlərin sayı artasa da hələ də pandemiyadan əvvəlki dövr ilə müqayisədə xeyili azdır. 2019-cu ildə Azərbaycanı rekord səviyyədə- 3.2 milyon nəfər ziyarət etmişdir”.

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Elchi.az xəbər verir ki, bu fikirləri iqtisadçı, millət vəkili Vüqar Bayramov FB hesabında söyləyib:

“Azərbaycana gələnlərin 26,2 faizi Rusiya Federasiyası, 19,8 faizi Türkiyə, 11,0 faizi İran, 7,9 faizi Səudiyyə Ərəbistanı, 4,7 faizi Gürcüstan, 3,2 faizi Pakistan, 2,7 faizi Hindistan, 2,5 faizi Birləşmiş Ərəb Əmirliklərinin payına düşüb. Digər ziyarətçi ölkələrdən gələnlərin ümumi payda çəkisi ayrı-ayrılıqda 2.0 faizdən azdır. Rəsmi statistika göstərir ki, gələnlərin 61.7 faizi quru sərhədlərimiz olan ölkələrdən gəlib. Bu isə o deməkdir ki, regionda pandemiyanın tam yumaşalacağı halda quru sərhədlərimizin açılarsa bu ölkəyə daha da çox turistin gəlməsinə səbəb olacaq.
Artım nisbətlərinə gəldikdə isə, ötən ilin eyni dövrü ilə müqayisədə Səudiyyə Ərəbistanından gələnlərin sayı 407 dəfə, Küveytdən – 167 dəfə, Omandan – 149 dəfə, Pakistandan – 27 dəfə, Hindistandan – 15 dəfə, İsraildən – 6 dəfə, Bəhreyndən – 6 dəfə, Qazaxıstandan – 5,8 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən – 5,7 dəfə, ABŞ-dan – 3,5 dəfə, Almaniyadan – 3,0 dəfə, Fransadan – 2,6 dəfə, Böyük Britaniyadan – 2,0 dəfə, Türkiyədən – 1,8 dəfə, İrandan – 1,7 dəfə, Ukraynadan – 1,7 dəfə, Rusiya Federasiyasından – 1,7 dəfə, artıb. Əvvəlki illərdə Azərbaycan gəlmə turizm sənayesi üçün ənənəvi olmayan ölkələrin- Pakistan və Hindistanlı ziyarətçilərin sayında da hiss edilən artımlar var.
Bütövlükdə, bu müddətdə körfəz ölkələrindən gələnlərin sayı 3,5 dəfə artaraq 254,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,4 dəfə artaraq 49,0 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 335,5 min nəfər olub.
Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhvə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər. Monitorinqlər göstərir ki, nəinki Bakıda, hətta bölgələrdə də turizm xidmətlərinin qiymətləri yüksək olaraq qalmaqdadır. Bu da həm daxili, həm də gəlmə turizmin inkişafına təsirsiz ötüşmür. 2022-ci ildə ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq hədəflənməlidir”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Litva Ukraynaya 50 zirehli texnika göndərdi

Next Post

Yazıçılar Birliyinin qurultayı təxirə salındı

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post
Yazıçılar Birliyinin qurultayı təxirə salındı

Yazıçılar Birliyinin qurultayı təxirə salındı

Paşinyan Fransaya gedir: Onu nəyə sövq etməyə çalışırlar?

Paşinyan Fransaya gedir: Onu nəyə sövq etməyə çalışırlar?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.