"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qusar gömrüyü – işgəncə aparatı…

06 Fevral 2015 - 18:04
in GÜNDƏM

060215Samur sərhəd-keçid məntəqəsində vətəndaşlara zülm olunur, saatlarla basabasda qalanlar soyulur; ölkəyə 10 kilodan artıq ərzaq keçirilməsi yasaqlanıb 

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Samur sərhəd-keçid məntəqəsində vətəndaşlara zülm edilir. Bu məşəqqəti sözlə ifadə etmək belə çətindir. Yüzlərlə insan qışın sazağında, açıq havada, əlində ağır yüklər burada saxlanılır. Saatlarla çəkən növbədə yükü olmayanlar da eyni əzabı yaşamağa məhkum olunur…

Bir neçə gün öncə Dərbənddən qayıdarkən Azərbaycan sərhədində üzləşdiyimiz bu dəhşətli mənzərənin açar cavabı var – rüşvət, monopoliya. Dərbənddən rus sərhədinə bir saatlıq yol gəlib, sərhədi təxminən 10-15 dəqiqəyə keçdik. Bu sevincimiz isə doğma yurdumuza ayaq basana qədər çəkdi. Çünki bizi SDK müsibəti gözləyirdi.

Əslində Azərbaycanın gömrük sistemindəki rüsvayçılıqlar, rəzil hallar haqda hər gün eşidirik. Ölkənin adını beynəlxalq təşkilatların əndrəbadi siyahılarına salan qurumlardan biri də məhz Dövlət Gömrük Komitəsidir.

Azərbaycanın sərhəd qapılarına ayaq basan əcnəbilər gömrükdəki qanunsuzluqlardan, rüşvətxorluqdan, gömrükçülərin kobud davranışlarından şikayətlənir. Xaricə üz tutan vətəndaşlarımız isə adətən Gürcüstanla müqayisə aparıb, Azərbaycan gömrüyündəki korrupsiya bataqlığından, bürokratik əngəllərdən, saatlarla növbələrdən, biabırçılıqdan danışırlar.

***
…Rusiyada rublun dəyərdən düşməsi ərzaq məhsullarını su qiymətinə endirib. İndi şimal bölgəsində yaşayan azərbaycanlılar evinə bazarlıq etmək üçün ən yaxın şəhər olan Dərbəndə gedir. Kimisi həftəlik, kimisi aylıq bazarlığını edib geri qayıdır.
Rus bazarlarında ət, yağ, qənd, kolbasa, pendir və digər gündəlik tələbat malları çox ucuzdur. Təqribən, Azərbaycanda bir həftəlik bazarlıq 40-50 manatdırsa, daha çox qida almaqla bu xərc 20-25 manata başa gələ bilər. Ona görə də azərbaycanlıların kütləvi şəkildə axını müşahidə olunur. Amma Azərbaycan tərəfi artıq məhdudiyyətlər qoymağa başlayıb.
Dünənə kimi 50 kiloqram yük keçirmək olurdusa, indi bu göstərici 10 kiloya endirilib. Vətəndaşlar bundan artıq məhsul daşıya bilməz. Gömrük inhisarçılara görə bu qaydanı tətbiq edib ki, kimsə satış məqsədi ilə ərzaq məhsulu keçirə bilməsin. Məntəqədə tərəzi qoyub bir-bir yükləri çəkirlər.

Əgər 10 kilodan artıqdırsa, rüsumun qiyməti kəllə-çarxa qalxır. Məsələn, bir neçə banka mürəbbəyə görə azərbaycanlılardan birinin yükünü 100 kilodan artıq yazıb, 120 manat rüşvət almışdılar. Bu pulu verməsəydi aldıqları ya gömrükçülərə qalacaqdı, ya da tullayacaqdı. Kolbasa keçirmək isə təxminən silah-sursat keçirmək kimi bir işdir.

Bir-iki kolbasa aparanlar məcbur olub, yolda onu doğrayıb sonra selofana qoyurlar. Gömrükdə 2 kq kolbasanın da satış məqsədi ilə aparıldığını iddia edirlər.

Amma Azərbaycandan Rusiya istiqamətinə ərzaq məhsulu aparanda qonşu ölkənin gömrüyü hər hansı problem yaratmır.

Bizim SDK-da isə yük maşınında meyvə aparan sürücülərin başına daha çox oyun açılır. Onların maşınları açılır, bir saatdan artıq mal açıq qalanda zay olur deyə, plomb vurmaq üçün rüşvət verilir. Sürücülər deyirlər ki, Rusiyaya meyvə-tərəvəz daşıyan ticarətçilər hər dəfə eyni əngəllərlə üzləşir. Sahibkarlara isə qan uddurulur. Tikinti materialları gətirən iş adamlarından fantastik məbləğdə qeyri-rəsmi rüsum alınır.
***
Məntəqədə ərzaq məhsulları keçirən vətəndaşlarla “katorqa”ya aparılan dustaqla olduğu kimi davranılır. Sanki gestapo rejimidir və sürgünə göndərilənlər bir yerə toplanıb. Saatlarla növbə, basabas, bir-birinin üstünə çıxan adamlar, hay-həşir, qışqırıq… Gömrükçülərin gözü qarşısında baş verən bu hadisələrə heç bir reaksiya verilmir.

Bizim yükümüz olmasa da, sərhədçi heç bir fərqi olmadığını deyərək piyadalar üçün nəzərdə tutulmuş yoldan buraxmadı. Həmin yolu bağlayıb, yüksüz sərnişinləri də alverçilərlə bir yerdə saxlayırlar. Təxminən 2 saatdan çox vaxt ərzində ayaqüstə dayanıb hissə-hissə vətəndaşların buraxılmasını gözləmişik. Yaşlı, xəstə, körpəsi olanları belə nəzərə almırlar.

Yalnız bir uşaqlı qadın uzun çağırışlardan, etirazlardan sonra yüksüz adamların keçməsi üçün nəzərdə tutulan xətdən buraxıldı. Vətəndaşlar yaranmış bu sıxlığa etiraz olaraq gömrükçüləri çağırdılar. Gömrük əməkdaşı isə kobud şəkildə “hamınız gözləyin” deyərək çıxıb getdi.
“Əşyalarımıza görə çox incidirlər. Qadınlarımız, uşaqlarımız oturub kafedə, gözləyirik. Bizimkilər çox incidir, ruslar da. Konfet-şokolad almışam. Öz vətənimdə bahadır, ala bilmirəm, gedib Rusiyadan alıb gətirmişəm. Qoymurlar. Deyirlər ki, çox aparma” – deyə, Nazim Əzimov bildirir.

Onun sözlərinə görə, qəsdən belə sistem yaradılıb: “Tərəzi qoyub çəkirlər ki, birdən alver məqsədilə apararam. Hamısı monopoliyaya görədir. Bunların əlindən heç nə keçirmək olmur. Ən yaxşısı Gömrük İttifaqına daxil olmaqdır. Bəlkə kəndçiyə, fermerə, yetim-yesirə bir az köməyi ola. Çünki rus əbədi qonşudur, bunlar da rüşvətxordur. Gərək pasportun içinə 100 rubl qoyub keçəsən, bizimkilər də yırtıcıdır. Rus heç olmasa az pul alır. Azərbaycan tərəfi həm boğaza yığır, həm səni saatlarla saxlayır, axırda da tərəziyə qoyub rüşvətini alır”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İcra başçısından sahibkara qarşı son həmlə – "Bazarı bağlamasanız sizi işdən qovacam"

Next Post

Mahmud Quliyev cəbrayıllı köçkünlərin qeydinə qalmır

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

Mahmud Quliyev cəbrayıllı köçkünlərin qeydinə qalmır

Xədicə İsmayılın apelyasiya şikayəti təmin edilmədi

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.