BMT-nin baş katibi Antonio Quterreş 2023-cü ilin tarixdə ən isti il olduğunu və bəşəriyyətin iqlimin çökməsinin ortasında olduğunu bildirib.
Elchi.az BBC.com-a istinadən xəbər verir ki, o, bu barədə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP28) 28-ci konfransının iştirakçılarına ünvanlanmış videomüraciətində bildirib.
“İlin sonuna bir ay qalmış biz artıq 2023-cü ilin bəşər tarixində ən isti il olduğunu elan edə bilərik. Biz real vaxtda iqlim çöküşünü yaşayırıq, bunun nəticələri dağıdıcıdır”, – deyən Quterreş bunun dünya liderlərinə onların hərəkətə keçməli olduğunu vurğulayıb.
Ümumdünya Meteorologiya Təşkilatının cümə axşamı açıqladığı ilkin hesabata əsasən, oktyabrın sonunda qlobal orta temperatur sənayedən əvvəlki səviyyədən 1,4 dərəcə yüksək olub.
BMT qeyd edib ki, 2016 və 2020-ci illərdə müəyyən edilmiş əvvəlki rekordlarla fərq artıq o qədər böyükdür ki, noyabr və dekabr aylarının məlumatları ümumi vəziyyəti dəyişməyəcək.
Yeganə






