“Fələstin xalqının öz dövlətini qurmaq hüququ hamı tərəfindən tanınmalıdır”.
Elchi.az Afp.com-a istinadən xəbər verir ki, bu fikirləri BMT-nin baş katibi Antonio Quterreş Qoşulmama Hərəkatının Uqandada keçirilən sammitində deyib.
“İsraillilər və fələstinlilər üçün iki dövlətin yaradılması haqqında qərarın qəbulundan imtina və Fələstin xalqının dövlətçilik hüququnun inkarı qəbuledilməzdir”, – deyə Quterreş vurğulayıb.
Quterreşin fikrincə, belə bir mövqe qlobal sülh və təhlükəsizliyə ciddi təhlükəyə çevrilmiş münaqişəni qeyri-müəyyən müddətə uzadacaq, qütbləşməni dərinləşdirəcək və hər yerdə ekstremistləri cəsarətləndirəcək.
“Fələstin xalqının öz dövlətini qurmaq hüququ hamı tərəfindən tanınmalıdır”, – deyə o, yekunlaşdırıb.
Qeyd edək ki, Quterreş dəfələrlə Qəzzada təcili humanitar atəşkəsə çağırıb. İsrailin əsas müttəfiqi və Qəzza müharibəsinin əsas dəstəkçisi olan ABŞ da bu yaxınlarda Fələstin dövlətini dəstəklədiyini təsdiqləyib.
Lakin ötən gün İsrailin baş naziri Benyamin Netanyahu yaşaya bilən Fələstin dövlətinin yaradılmasının əleyhinə danışdı və amerikalı müttəfiqi tərəfindən tənqid olundu.
Yeganə






