BMT-nin baş katibi Antonio Quterreş Sudanda 22 nəfərin ölümü ilə nəticələnən hava hücumunu pisləyib.
Elchi.az xəbər verir ki, BMT Baş Katibliyinin sözçüsü tərəfindən edilən yazılı açıqlamada, Quterreşin Sudanda 22 nəfərin ölümü ilə nəticələnən hava hücumunu pislədiyi və həyatını itirənlərin yaxınlarına başsağlığı verdiyi bildirilib.
“Baş katib silahlı qüvvələr arasında davam edən müharibənin potensial olaraq bütün regionda sabitliyi pozduğundan, Sudanı hərtərəfli vətəndaş müharibəsi astanasına gətirməsindən dərin narahatlığını davam etdirir”, – bəyanatda deyilib.
Nuranə Məmmədova





