"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Quyunun üstündə iki böyük daş vardı” – Körpə Mələyin qətli sirr pərdəsinə bürünüb

31 İyul 2017 - 18:09
in XƏBƏR LENTİ

Xəbər verdiyimiz kimi, Lənkəranda 5 günlük körpə Mələk Şaiq qızı Nurullayeva öldürülərək, quyuya atılıb. Darquba kəndində hadisə baş verən gecə, yəni iyulun 29-da evdə öldürülən körpənin atası Nuriyev Şaiq Muxtar oğlu, həyat yoldaşı Nuriyeva Valiyə İsfəndiyar qızı, körpənin nənəsi Atifə Nuriyeva və digər yaxın qohumlar olublar.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Anası körpəni yedizdirdikdən sonra yuxuya gedərkən uşaq beşikdən yoxa çıxıb. Onu üstü taxta və daşla bağlı olan su quyusunda axtarmaq atanın ağlına gəlib ki, bu da şübhələrə yol açır. Quyudan çıxarılan körpənin meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Hadisənin kim tərəfindən və hansı şəraitdə törədildiyi araşdırılır. M.Nurullayeva ailənin ikinci qız övladı olub. Sosial şəbəkələrdə yayılan məlumatlarda qeyd olunur ki, ailə növbəti qız övladının dünyaya gəlməsini qəbul etməyib.

Kəndin icra nümayəndəliyindən AzVision.az-a bildiriblər ki, əgər ailə qız uşağını qəbul etməsəydi, onu ana bətinində olarkən abort etdirərdilər: “Çünki uşaq hələ üç ayılığında olanda cinsiyyəti ailə üzvlərinə məlum idi. Hətta uşağın sağlam doğulması üçün uzun müddət müalicə də aparılmışdı. Doğuş prossesi də qeysəriyyə üsulu ilə baş tutmuşdu. Xeyli məbləğdə pul xərcləmişdilər. Uşaq da sağlam idi”.

Qohumlarının verdiyi məlumata görə, ananın heç bir psixoloji problemi olmayıb. Uşağını yedirib, daha sonra yatıb. Səhərsi gün də belə hadisə ilə qarşılaşıb.

“Həmin axşam uşağın valideynlərinin anaları da evdə olublar. Onlar iki bacıdırlar. Yəni uşağın ata anası xalauşaqlarıdırlar. Ailədə qız uşağına qarşı belə nifrətin olmasına qətiyyən inanmırıq. Evdə başqa adamlar da olub. Heç birinin psixoloji problemi, ədavəti də yoxdur. Axşam hamısı sevincili olublar. Səhər isə belə hadisə ilə ilə qarşılaşıblar. Ailənin heç kəslə ədavəti də olmayıb”,- deyə ailənin AzVision.az ilə danışan yaxınları bildiriblər.

Həmin gün evdə bir kişi olub, o da körpə Mələyin atası Şaiqdir. Uşağın cəsədini o su quyusundan tapıb. “Şübhələndiyimiz məqam ondan ibarətdir ki, həmin su quyusunun üzərində iki ağır daş olub. İnanmırıq ki, hansısa bir qadının səhər saatlarında səssiz bir şəkildə o daşları yerindən tərpətməyə gücü çatsın. O daşları tərpətməyə yalnız kişinin gücü çata bilər. Eyni zamanda, başqa bir şəxsin səhər saatlarında evə daxil olması da mümkünsüzdür. Bunu yalnız evin daxilindəki şəxslər törədə bilərdilər”.

Dünyasını dəyişən 5 günlük Mələyin atasına gəlincə, qohumları bildirib ki, Şaiq Nuriyev sakit bir insandır: “Onu ifadə vermək üçün polis idarəsinə çağırıblar. Hazırda şok vəziyyətindədir. Heç kəslə danışmır. Səssiz vəziyyətdə durur. Sual verəndə də cavab vermir. Elə bil nəyə görəsə peşmandır. Polisə ifadə verən zaman da çox danışmayıb. Bir məqamı da qeyd edək ki, uşağın atası hərdən içib sərxoş olurdu. Ola bilsin ki, həmin gün də elə olub. Bununla bağlı hazırda polis tərəfindən araşdırma aparılır. Onların 4 yaşında başqa bir qız uşaqları da var. Şaiqin atası isə Bakıda ticarətlə məşğul olur”.

Kəndin bələdiyyə sədri Hizami Səfərov isə bildirib ki, polis şöbəsindədilər və izahat verirlər: “Faktla əlaqədar cinayət işi başlanılıb. Hazırda polsi trəfindən əməliyyat-axtarış tədbirləri aparılır”.

Qeyd edək ki, öldürülən körpə sərbəst güləş üzrə milli yığmamızın məşqçisi Aslan Ağayevin bacısı nəvəsidir. Körpənin atası Lənkəranın Darquba kəndindən, anası isə Astararayonundandır.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan millisinin keçmiş futbolçusu Faiq Cabbarov həbs edildi

Next Post

Sumqayıt xəstəxanalarında ciddi nöqsanlar aşkarlandı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Sumqayıt xəstəxanalarında ciddi nöqsanlar aşkarlandı

Çingiz Qənizadəyə “Şöhrət” ordeni verildi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.