İyunun 25-də Mərkəzi Amerika ölkələrindən biri olan Qvatemalada keçirilən prezident seçkilərinin ikinci tura keçdiyi rəsmiləşib.
Elchi.az xəbər verir ki, Qvatemala Seçki Məhkəməsi ilk turda ən çox səs toplayan Milli Ümid Partiyasının (UNE) lideri Sandra Torres və solçu Bernardo Arevalo de Leonun avqustun 20-də prezidentlik uğrunda mübarizə aparacağını açıqlayıb.
Siyasi partiyaların etirazları ilə bağlı rəsmi nəticələrin iyulun 1-nə təxirə salınmasına qərar verən məhkəmə, seçki təqviminin planlaşdırıldığı kimi davam edəcəyini bildirib.
Torres 15,86 faiz, Arevalo de Leon isə 11,77 faiz səs toplayıb və 22 namizəd arasında ikinci tura keçib.
İlk seçkidə gözlənilənlərin əksinə olaraq ölkənin hazırkı prezidenti “Alejandro Giammattei”nin dəstəklədiyi hakim partiyanın namizədi “Manuel Conde” seçkidən kənarlaşdırılıb.
9,3 milyon əhalisi olan Qvatemalada dünən 8 milyondan çox seçici prezidentlə yanaşı, vitse-prezident, Konqresə 160 deputat, Mərkəzi Amerika Parlamentinə 20 deputat və 340 bələdiyyə sədrini seçmək üçün səsverməyə gedib.
Nuranə Məmmədova




