Qvatemala Ali Məhkəməsi öz bəyanatında 9 siyasi partiyanın müraciətini nəzərə alaraq, rəsmi nəticələrin elanını müvəqqəti olaraq təxirə saldığını bildirib.
Elchi.az bu barədə Trthaber.com-a istinadən xəbər verir.
Ölkənin ən nüfuzlu universitetlərindən biri olan Rafael Landivar Universiteti də siyasi partiyalara çağırış edərək, nəticələrə hörmətlə yanaşmağı tələb edib. Seçkilərin nəticələri hələ rəsmi olmayandan sonra onlarla insan qərara etiraz etmək üçün Ali Məhkəmənin qarşısına toplaşıb.
Qeyri-müəyyən nəticələrə görə, Milli Ümid Partiyasının (UNE) lideri Sandra Torres ilk turda 15,12 faiz səslə seçkidə qalib gəlib. Seçkidə sürpriz edən solçu Bernardo Arevalo de Leon 12,19 faiz səslə ikinci, 7,84 faiz səs toplayan Manuel Konde isə üçüncü yerdə qərarlaşıb.
Torres və Arevalo de Leonun avqustun 20-də Qvatemalanın yeni prezidenti olmaq üçün yarışacağı gözlənilir.
Yeganə





