"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rəfail Becanov:”Onların məqsədi cəmiyyəti çaşdırmaqdır”

03 Fevral 2023 - 17:18
in MÖVQE

Sosial şəbəkələrdə Azərbaycana qarşı xaricdən başladılan kampaniyalara diqqət ayırmaq əvəzinə, Media İnkişaf Agentliyinin imicinə zərbə vurmaq üçün sanki bir yarış kampaniyası başlayıb. Təbii ki, iş olan yerdə səhvin və razılaşmadğımız məqamların olması qaçılmazdır. Amma, insaf və həqiqət naminə onu da deməliyik ki, Media İnkişaf Agentliyi qısa zaman ərzində media mühitinin müasirləşdirilməsi yönündə xeyli işlər görüb. Jurnalsitləri narahat edən bir çox problemlər MEDİA-ya aid deyil. Həmin problemlərə cavabdeh olan qurumlardan danışmaq, yazmaq daha məntiqlidir. Mən də məlumatlıyam ki, bir çox diplomalar sistemdə görünmür və MEDİA jurnalistlərin qeydiyyata düşməsi üçün diplomların notarial təsdiqini istəyir.

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

MEDİA diplomların sistemdə görünməsi məsələsini necə həll edə bilər? Bunu başqa bir qurum həll etməlidir və sistemlərin inteqrasiyası olmalıdır. Yaxud 20 illlik sosial sığorta şəhadətnaməsi olan bir jurnalistin sistemdə iş stajı 2-3 il çıxırsa, MEDİA nə edə bilər ki? Belə problemlər MEDİA-ya aid deyil. Bu məqamlara görə MEDİA-ya yüklənmək ədalətli deyil”.

Elchi.az xəbər verir ki, bu sözləri Olaylar.az-a “Cümhuriyət” qəzeti və Cebhe.info Xəbər Portalının rəhbəri Rəfail Becanov deyib.

R.Becanov hesab edir ki, MEDİA jurnalist müəyyənləşdirmir və ya kiminsə reyestrdə görünməsi onun jurnalistliyinin təsdiq etmir:

“Bu, jurnalistlərin indiyə qədər qarşılaşdığı bir sıra problemlərin həllinə dəstək məqsədi daşıyır. İndiyə qədər banklar jurnalistə sadə bir telefonu kreditlə götürmək hüququ tanımırdı. Reyestr bu imkanları yaradır. Yəni jurnalsitin sosial güzəştlərdən, əhalinin digər kateqoriyalarına tanınan hüquqlardan istifadəsinə imkan qazandırır. Media subyektlərinin reyestrə düşməsinin niyə pis olduğunu anlamaq çətindir. Media cəmiyyətin informasiya mühitinin əsas bazasıdır. Sosial şəbəkələr nə qədər medianı önləsə də, etibarlılıq baxımından media öndədir. Ona görə də medianın düzənli fəaliyyəti vacibdir.

Sosial şəbəkələrin belə qaydaları var və onlar əsasında fəaliyyət göstərirlər. Tutaq ki, MEDİA bu funksiyaları icra etmədi, nə dəyişəcək ki? Əksinə, şou-yazarçılıq daha da vüsətlənəcək və ciddi media indiki durumdan da aşağı səviyyəyə yuvarlanacaq. Dünən dostlardan biri sosial şəbəkədə bir qəzetin şəklini paylaşmışdı. Birinci dəfə idi adını eşidirdim. 3-4 ayda bir dəfə çıxır. İndi MEDİA heç bir hüquqi sənədləri olmayan, elementar şərtlərə sahib olmayan bu subyekti media orqanı kimi bəh-bəhlə reyestrə daxil etsin və reket jurnalsitikanın çiçəklənlənməsinə töhfə versin?

Bu adamlar MEDİA-nı da, onun rəbhərliyini də hər yerdə şəxsi maraqları reallaşmadığından tənqid hədəfinə çevirməyə cəhd edəcəklər. Təbiidir. İnformasiya mühitimiz xüsusən son zamanlar ciddi təhlükə qarşısındadır. Sağdan, soldan dövlətimizin və xalqımızın zərərinə olan fikirləri cəmiyyətimizə sırımaq istəyənlər çoxdur”.

R.Becanov əlavə edib ki, onların məqsədi cəmiyyəti çaşdırmaqdır:

“İranın siyasi məqsədlərinin “daxili və xarici dəllalları”, başqa bir ölkənin hansısa “kolonu” və s. kimi peşəkar şəbəkələri informasiya mühitimizdə qarışıq fikirlər fonunda bizi öz əsirinə çevirmək istəyir. Biz bunu unutmalı deyilik”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İranda hicabsızların şəxsiyyət vəsiqəsi bloklanacaq

Next Post

ETSN qanunsuz ov edənlərə xəbərdarlıq etdi

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post
ETSN qanunsuz ov edənlərə xəbərdarlıq etdi

ETSN qanunsuz ov edənlərə xəbərdarlıq etdi

Avstraliyada Alman Leopard tankında Z simvolları

Avstraliyada Alman Leopard tankında Z simvolları

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.