"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Rəhim Qazıyevin yaralanması…”

22 Dekabr 2014 - 11:47
in KÖŞƏ YAZILARI

Elchi.az Kult.az-a istinadən BAŞI DUMANLI layihəsində “Şuşa” nəşriyyatının direktoru və “Şuşa” qəzetinin redaktoru Vasif Quliyevin Şuşa ilə bağlı 1419067572Vasif1xatirələrini qısa ixtisarla təqdim edir.

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Mənim ata tərəfimin məhləsi “Seyidli məhləsi”dir. Cıdır düzünə çıxan yolda yerləşir. Ana tərəfim isə “Çuxur məhlə” deyilən yerdəndir. Şəhəri o vaxt tikdirəndə ilk məhəlləni Pənahəli xan orada tikdirib. Bizim nəsil də məşhur Cavanşirlər nəslidir. “Karinnoy” şuşalıyam, “Qaralı” deyirlər bizə. Özüm isə Şuşanın Malıbəyli məhəlləsində doğulmuşam.

Uşaqlıqda məşhur Əsgəran qalasından Şuşanın o biri başındakı Turşsuya qədər bütün yerlərdə ayaq izim var. Şuşanın elə bir yeri ola bilməz ki, mən orda olmayım. Təkcə gəzmək xatirinə deyil, hər küçəsini, hər məhəlləsini maraqlana-maraqlana, öyrənə-öyrənə gəzmişəm.

Orda qala divarları var idi, Şuşanın dörd bir tərəfi qala ilə əhatələnmişdi, qalan ərazilər hasar idi. O yerləri gəzmişəm. Sözüm bir az böyük çıxmasın, amma Şuşanın hər qarışına bələdəm. Bəlkə də, məndən çox o yerləri gəzən olmayıb. Mən turist kimi gedib gəzmirdim, hər daşını araşdırırdım o yerlərin.

Farsşünas alim Əbülfəz Hüseyni Şuşaya gələn vaxtların birində mən də orda idim. 1981-82-ci illər idi. Ondan xahiş etdim ki, bəzi farsca yazılanları mənə izah etsin. Məscidin, Karvansaranın üstündə yazılan farsca yazıları oxudu və mən lazım olan məlumatları özüm üçün qeyd etdim.

Cıdır düzü, İsa bulağı, Daş altı  adlı yerlər şəhərdən bir az kənar ərazilər idi. Şuşada hər metrdən bir yerlərin bir adı olurdu. Şuşanın ensiklopediyasını hazırlamışam, gələn il kitab şəklinə salınacaq. 44 ildir, mən o kitabın üzərində işləyirəm. İnsan var, Yevlaxdan o tərəfdə olmayıb, amma Qarabağın tarixindən yazır. Amma mən həmin yerlərin, ordakı tarixi abidələrin hamısında olmuşam. Xan qızı Natəvanın evinin bütün otaqlarını bir-bir gəzmişəm.

Yadımdadır, sovet vaxtı oranı uşaq sanatoriyası etmişdilər. Şuşada Çanaqqala adlı yer var idi, ora həm də “Ərim gəldi” qayası da deyirdilər. Sonradan oraları istirahət yeri etmişdilər. Şuşada məşhur həbsxana var idi. Tiflisdə Metex, Bakıda Bayıl, Şuşada da Şuşa həbsxanası ciddi rejiminə görə tanınırdı. Ağır cəza alanlar o həbsxanada yatırdı. Maraq üçün həyətinə də gedib baxmışdım.

Şuşa qəbiristanlığındakı qəbirləri bir-bir gəzmişəm. Orada iki azərbaycanlı, iki erməni, bir dənə də rus qəbiristanlığı var idi. “Mirzə Həsən” adlı məşhur qəbiristanlıq var idi Şuşada, hansı ki, şair Qasım bəy Zakirin qəbri ordadır. Niyə o qəbiristanlığa “Mirzə Həsən” adı verilməsi haqda da araşdırmalarım var.

Bizim tanıdığımız Vəzirovlar nəslində Həsən adlı bir oğlan olur, savadlı olduğuna görə ona “Mirzə” deyərdilər. O öləndə deyib ki, məni o yerdə dəfn edərsiniz. Ölümü 1840-cı ilə təsadüf edir. Həmin vaxtdan o yerə “Mirzə Həsən qəbiristanlığı” deyirdilər.

Cıdır düzündə Mir Möhsün Nəvvabın babası Mirfəsehin adına da qəbiristanlıq olub. Bu, Mirzə Həsən qəbiristanlığından daha əvvəl salınıb. Molla Pənah Vaqifin məqbərəsi, Mir Möhsün Nəvvabın qəbri o qəbiristanlıqda idi.

Bir də orda balaca bir qəbiristanlıq da var idi. Ona “Fəxri qəbiristanlıq” deyirdilər. Amma həmin “Fəxri qəbiristanlıq” bizim dövrə yox, daha əvvəlki dövrə məxsus olub. Xalq yolunda, din yolunda şəhid olanları orda dəfn edərdilər. İndiki Bakıdakı Fəxri xiyaban kimi yer idi. Ora üçüncü Azərbaycan qəbiristanlığı idi, amma o qədər də böyük deyildi.

Şuşada rus və erməni qəbiristanlığında da olmuşdum. Erməni qəbirlərinin üzərində yazılar həm erməni dilində, həm də rus dilində yazılırdı. Mən ora bilirsiniz, niyə gedirdim? Mənə maraqlı idi ki, həmin qəbiristanlıqda ilk erməni qəbri nə vaxta aiddir. Əgər ermənilər Şuşanın onların şəhəri olduğunu iddia edirlərsə də, həmin qəbiristanlıqda bu tarix ortaya çıxacaq. Öyrəndim ki, 1791-ci ilə qədər Şuşada bir erməni ailəsi olub. Həmin ilk erməni qəbri də İbrahimxəlil xanın qayın atası – Məlik şah Nəzərə məxsus olub. Həmin qəbir 1791-92-ci illərə aiddir. Bu da sübut edir ki, ermənilərin Şuşaya gəlişi ən tez XVIII əsrə təsadüf edib.

İndi heç deyilsə, təsəlli tapıram ki, o yerləri gəzmişəm. Mən özüm 1968-ci ildə Şuşada qeydiyyatdan çıxmışam. 15-16 yaşım olardı. IX-X sinifləri Xankəndidə oxumuşam, amma Şuşanın satılmağına qədər ora gedib-gəlmişəm. İlin altı ayı orda olmuşam, altı ayı da burda. İnanın ki, işğaldan sonra Şuşadan gələnlər məni şəhərdə görəndə “ev-eşik tapa bilmisən?” deyə sual verirdilər? Elə bilirdilər ki, mən də Şuşada yaşamışam. Halbuki 24 il əvvəl çıxmışdım ordan.

O vaxt Şuşada erməni qəzetləri də fəaliyyət göstərirdi. Amma 1911-ci ildə Şuşada rus dilində qəzet çıxdı. Onun da yarısı azərbaycanca idi, yarısı rus dilində. “Şuşinskiy list”, 1919-cu ildə “Qarabağ” qəzeti, daha sonra “Qarabağ füqrası” adlı qəzetlər fəaliyyətə başladı. Bunlar inqilabdan əvvəl çıxan qəzetlər idi. Mən 2011-ci ildə təklif etdim ki “Şuşa” qəzetinin 100 illik yubileyini qeyd edək. Razı olmadılar. Dedilər ki, 1911-ci ildə çıxan qəzetin rəhbəri erməni olub – Armenak Karagözov. Bəli, erməni olub. O vaxtlar “Vışka”, “Bakinskiy raboçi” qəzetlərinin hansının redaktorları azərbaycanlı olub ki? Belə idisə, 2006-cı ildə “Bakinskiy raboçi” qəzetinin təntənəli surətdə 100 illiyi qeyd olundu. Hansı ki, həmin qəzetin ilk rəhbəri Azərbaycan xalqının bir nömrəli düşməni Stepan Şaumyan olub.

1933-cü ildə “Sosializm maldarlığı” adlı qəzet fəaliyyətə başladı. 1988-ci ildə adını dəyişib “Kolxoz bayrağı” etdilər. 1963-65-ci illərdə bəzi rayonları birləşdirdilər. Həmin vaxtı da qəzet “Şuşa kurortu” adı ilə çıxdı. Amma 1965-ci ildən bu günə kimi “Şuşa” qəzeti kimi fəaliyyət göstərir.

İşğaldan sonra bir müddət qəzet çapdan çıxırdı, sonra bağladılar. 2005-ci ilin dekabrından rəhbəri mənəm. Deyirlər, Şuşa – alınmaz qaladır. Elə deyil, alınan qala idi. Alınmaz idisə, niyə alındı? Alınmaz qala idisə, Ağa Məhəmməd Şah Qacar necə aldı? Necə? İkisi də xəyanət yolu ilə…

O vaxt ermənilərin xəyanəti oldu. Qacarın Qarabağ üzrə müşaviri erməni idi. İndikində də özümüzünkülər. Bakının getməyinə inanırdım, amma Şuşanın getməyinə yox. Çünki Şuşa elə bir yerdir ki onu gərək aviasiya bombalayandan sonra ala bilsinlər. Şuşanı xəyanət məhv etdi. O vaxt Əsgəran yolunu bağlamışdılar deyə, Qubadlı yolu ilə gedib-gəlirdik şəhərə.

Sonuncu dəfə 1992-ci il yanvarın 28-də, vertolyot vurulan vaxt getdim. Mənim bacım oğlu da həmin vertolyotda həlak olmuşdu. Şuşaya yasa getmişdim. İki həftə orda qaldım. Mən sonuncu dəfə Şuşada olduğum vaxt Rəhim Qazıyev əsgərləri ilə girdi şəhərə. O vaxt xəbər çıxdı ki, guya Rəhimi ayağından vurdular. Qış idi, Şuşada 15-20 ildən bir qış sərt keçirdi. Bir də həmin il elə sərt qış oldu. Təsəvvür edin, sular buz bağlayıb, qazlar kəsilib. Səhər saat 6-da şəhərdə çaxnaşma idi. Mən də çıxdım ki, görüm nə məsələdir. O vaxt jurnalist kimi onunla görüşməyə getdim. Heç kimi yanına buraxmırdılar. SSRİ Jurnalistlər İttifaqı üzvlük biletim olduğuna görə mənə icazə verildi.

Ciddi yarası yox idi. Bunu deməkdə məqsədim odur ki, bir saatdan çox onunla söhbətimiz oldu, hansı ki, hamısı boş söhbətlər idi. Həmin görüşümüzdə o bir cümlə işlətdi ki, “Şuşa getsə, başıma güllə çaxaram”. Hamısı qurulma, yalan işlər idi, gözdən pərdə asmaq üçün planlanmışdı.

Mən Rəhimi 1973-cü ildən tanıyıram, yaxşı bilirəm, o kimdir, nəçidir. Müdafiə də etməmişdi, “Politexnik”də müəllim işləyirdi. Demirəm ki, pul alıb, Şuşanı satıb. Hamısı vəzifəyə getmək üçün idi. Axı, deyən lazımdır ki, Rəhim, sən müəllimsən. Sən Müdafiə Naziri ola bilərsən?  Bacarmadıqları işin qulpundan yapışırdılar. Üstəgəl də xalqın taleyini həll edəcək işin məsuliyyətini anlamaq lazım idi. 1992-ci ildə kobud dillə desək, it yiyəsini tanımırdı. Kəndlər dağılıb, məhv olurdu, amma səs verən, kömək edən yox idi. Getdim İcra başçısı Mənsum Məmmədovun yanına ki, vəziyyət qarışıb bizə kömək, bir çarə lazımdır. O, mənə cavabında dedi ki, “Mən burda oturmuşam, amma səlahiyyətimi əlimdən alıblar. Mən burda ancaq Ağdamdan, Gəncədən, Bakıdan gələn telefon zənglərinə cavab verirəm. Mənim heç bir səlahiyyətim yoxdur”.

Özünü düşünün artıq vəziyyət hansı həddə gəlmişdi. İcra başçısının səlahiyyətini onun əlindən Bakının əli ilə Rəhim Qazıyev almışdı. Şuşa yetim bir şəhərə oxşayırdı. Baxanda adamın ürəyi paralanırdı. Bütün binalardan bədbinlik yağırdı. Son bir il Şuşada olanlar ordakı vəziyyəti təsəvvür edə  bilər, sözlə ifadə oluna bilməz. Su da içmək istəmirdik, boğazımızdan keçmirdi. Şəhəri qəsdən boşaltmışdılar. Hamısı planlı idi.

Bakıda idim, eşitdim ki, Şuşanı ermənilər tutub. İnanmadım. Yaralıları hospitala gətirəndə artıq bu xəbərin doğru olduğuna inandım. Tək bizim nəsildən Şuşada 57 nəfər ölüb. Onun da 50-i döyüşdə öldü, yeddisi də təsadüfi güllə, yaxud raketə qurban getdi. Hər şeyin əvvəli olduğu kimi sonu da var. Bu son uzanır, amma əsl son bizim xeyirimizədir. Mən erməniləri yaxşı tanıdığıma görə, əsas da bizim tariximizi və erməni tarixini pis bilmədiyimə görə deyirəm, nəinki Şuşa, bütün Qarabağ qayıdacaq.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ermənistan ordusunun əsgəri Qarabağda öldü

Next Post

“Rosneft” iflasa uğramayacaq

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

“Rosneft” iflasa uğramayacaq

Rusiyada 4 nəfər azərbaycanlıdan ibarət quldur dəstə tutuldu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.