"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rəhim Rəhimlinin qardaşına qarşı külli miqdarda dələduzluq

31 Yanvar 2023 - 17:25
in HADİSƏ

Mərhum müğənni Rəhim Rəhimlinin qardaşı Anar Rəhimli dələduzluq əməli ilə üzləşdiyini bildirir.

Bunu da oxuyun

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

Elchi.az xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən A.Rəhimli Zaur İsayev adlı tanışının onu aldadaraq 80 min manata yaxın pul aldığını iddia edib.

Həmin məbləğin qarşılığında aldığı mənzilin sonradan başqa şəxsə məxsus olduğunu öyrənən müğənninin qardaşı hadisə ilə bağlı polisə və prokurorluğa müraciət edib:

”Əvvəllər tanıdığım İsayev Zaur Akif oğlu “Sahil-D Kompani” MMC tərəfindən Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən yaşayış binasında qapı-pəncərə işləri gördüyünü və gördüyü işin əvəzində barter olaraq, pul əvəzinə MTK tərəfindən həmin binanın 21-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 157,6 kvadratmetr olan 3 otaqlı 111 saylı mənzilin ona verildiyini bildirib. O, həmin mənzili 78 500 (yetmiş səkkiz min beş yüz) manata satışa çıxardığını da mənə deyib.

Mən həmin binaya gedərək qeyd edilən mənzilə baxdım və Zaura evin dəyərini tam ödədim. Sonra Zaur İsayev mənə “Sahil-D Kompani” MMC ilə mənim aramda 11 aprel 2013-cü il tarixli 191 saylı pay müqaviləsini təqdim edib. 2019-cu ildə MTK-nın qeyd edilən ünvanda inşa etdiyi binaya getdikdə mənə oradan bildirilib ki, mənim bu binada mənzilim yoxdur, həmin mənzildə başqa şəxslər yaşayır. Bundan sonra mən başa düşdüm ki, Zaur İsayev ona olan etibarımdan sui-istifadə edərək məni aldadıb. Bundan sonra Zaur mənə vurduğu ziyanın 20 900 (iyirmi min doqquz yüz) manatını hissə-hissə qaytarıb, qalıq məbləği isə qaytarmaqdan yayınıb. Sonradan onun mənə verdiyi müqavilənin saxtalaşdırıldığı məlum olub”.

Şikayətçi əlavə edib ki, Zaur pulun qalan hissəsini qaytarmadığı üçün onun barəsində Binəqədi Rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib. Prokurorluq tərəfindən işin araşdırılması Binəqədi RPİ-yə tapşırılıb:

“Zaur İsayev müstəntiqin xidməti otağında çəkinmədən törətmiş olduğu cinayət əməlini, yəni mənim etibarımdan istifadə etmək yolu ilə məni aldadaraq pulumu ələ keçirməsini, əvəzində isə mənə saxtalaşdırılmış müqavilə təqdim etdiyini etiraf etdi. Bununla bağlı dəfələrlə baş prokurora, Bakı şəhər prokuroruna müraciət etməyimə baxmayaraq, tədbir görülmür. Artıq üç ildir ki, Binəqədi RPİ-nin İŞ-nin müstəntiqləri və Binəqədi Rayon Prokurorluğunun vəzifəli şəxsləri mənim işimə baxmır”.

Zaur İsayev bildirib ki, A.Rəhimovla aralarında borc müqaviləsi mövcuddur və məhkəmənin qərarı ilə qarşı tərəfə pul ödəyir:

“Bu insan şantajla, dələduzluqla məşğuldur. Rəhimin vəfatı ərəfəsində mənə məxsus “BMW” markalı avtomobil hərrac yolu ilə satışa çıxarılıb və pulu Anara ödənilib. Məhkəmə qərarlarının icrası üzrə ödəniş edilir”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşı Nurlan Əliyev bildirib ki, qeyd edilən şikayətin mülki məsələ olması müəyyən edilib:

“Vətəndaş A.Rəhimli Z.İsayevin ona mənzil verəcəyini vəd edərək ondan 78 500 manat pulunu alması ilə bağlı müraciəti əsasında polis orqanında prosessual araşdırma aparılıb. Araşdırma zamanı şəxslər arasında öhdəlik münasibətlərindən irəli gələn mülki mübahisənin yarandığından tərəflərə bu mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilib”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İlham Əliyev 2 fərman imzaladı

Next Post

Avropa İttifaqı: “Azərbaycana qarşı sanksiyalar olmayacaq”

Bənzər yazılar

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

06 May 2024 - 10:58

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

05 May 2024 - 13:23

Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı bloger Hüseyn Həsənovun 153 milyon rubldan çox vergi borcu var. Elchi.az xəbər verir ki, bu...

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

02 May 2024 - 16:46

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib. Elchi.az "TRT haber"ə istinadən...

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

01 May 2024 - 23:14

Gürcüstanın paytaxtı Tbilisidə polis parlamentin xidməti girişinin qapılarını sındırmaq istəyən etirazçılara su çiləyib, bibər qazı sıxıb. Elchi.az xəbər verir ki,...

Next Post
Avropa İttifaqı: “Azərbaycana qarşı sanksiyalar olmayacaq”

Avropa İttifaqı: “Azərbaycana qarşı sanksiyalar olmayacaq”

Valdemar Gerdt: Ukrayna öz ilkin sərhədləri daxilində qalmayacaq

Ukraynada sutka ərzində üçüncü dəfə hava xəbərdarlığı elan edilib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.