İran prezidenti İbrahim Rəisi ABŞ-ın İsraili blokadada olan Qəzza zolağına hücumlar etməyə təşviq etdiyini və Vaşinqton administrasiyasının Qəzzaya humanitar yardımla bağlı iddialarının həqiqəti əks etdirmədiyini deyib.
İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Rəisi paytaxt Tehranda İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ilə görüşüb.
Elchi.az xəbər verir ki, Rəisi birgə mətbuat konfransında deyib: “ABŞ Fələstin xalqına qarşı amansız qətllər törətmək üçün sionist rejimə silah, kəşfiyyat və maliyyə yardımı edir. Əslində bu rejimi təşviq edir”. dedi.
Vaşinqton rəhbərliyinin Qəzzaya yardım və atəşkəs iddialarının həqiqəti əks etdirmədiyini bildirən Rəisi, “Bu iddia ABŞ-ın hərəkətləri ilə bir araya sığmır. ABŞ BMT Təhlükəsizlik Şurasının qanun layihəsinə veto qoymaqla ABŞ-ın əlini gücləndirdi. Sionist rejim öldürməyə davam edəcək”. dedi.
İsrailin Qəzzada soyqırım törətdiyini təkrarlayan Rəisi dərhal atəşkəs elan edilməsi və bölgəyə humanitar yardımların çatdırılması lazım olduğunu bildirib.
İran prezidenti qeyd edib ki, Qəzzaya hücumların dayandırılması üçün beynəlxalq aləmdə hər bir təşəbbüsü dəstəkləyirlər.
Şayəstə Hüseynova






