İran prezidenti İbrahim Rəisi Qəzzanı heç bir hədəf olmadan ağır bombardman edən İsrailə açıq dəstək verən ABŞ-ın Tel-Əviv rəhbərliyinin törətdiyi hərbi cinayətlərə ortaq olduğunu bildirib.
Elchi.az xəbər verir ki, İranın yarı rəsmi Təsnim Xəbər Agentliyinin məlumatına görə, Rəisi səfər etdiyi Fars əyalətinin Rüstəm rayonunda ictimaiyyətə müraciət edib.
Rəisi çıxışında İsrailin fələstinlilərə qarşı hücumları zamanı mülki yaşayış məntəqələrinin bombalandığını və uşaqların öldürüldüyünü bildirib və əlavə edib: “ABŞ və sionist rejimi dəstəkləyən ölkələr bilməlidirlər ki, Qəzzada törədilən bu hərbi cinayətlərdə onların ortağıdırlar. Bunu etməyin. Fələstin xalqının tələb və müqavimətinin bu hərəkətlərlə bitəcəyini düşünürəm”. dedi.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani X sosial media platformasında paylaşdığı mesajda ABŞ və Böyük Britaniyanın İsrailə dəstək məqsədilə Şərqi Aralıq dənizinə hərbi qüvvələri yerləşdirməsinə reaksiya verib.
Kenani, İsrailin su, elektrik, yanacaq, dərman və qida axınının kəsildiyi Qəzzanı bombalamasına açıq dəstək verən Vaşinqton və Londonun Təl-Əviv rəhbərliyinin törətdiyi hərbi cinayətlərə görə hüquqi və beynəlxalq məsuliyyət daşıdığını bildirib.
Şayəstə Hüseynova




