“İranın 2015-ci ildə Avropa tərəfinə uran zənginləşdirməsi nüvə sazişinin öhdəliklərini yerinə yetirməməsinə cavabdır”.
Elchi.az CNN.com-a istinadən xəbər verir ki, bu fikirləri İran prezidenti İbrahim Rəisi bildirib.
“Əvvəlcə biz uranın 60 faiz zənginləşdirilməsinə nail olmağa çalışmamışdıq. Onlar (Avropa dövlətləri) öz öhdəliklərini yerinə yetirməyiblər. İran İslam Respublikasının etdiyi şey sazişi imzalayan tərəflərin öhdəliklərinin pozulmasına cavabdır”, – deyə İran prezidenti bildirib.
Xatırladaq ki, İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami iyun ayında bəyan etmişdi ki, uranın müəyyən edilmiş saflıq səviyyəsinə qədər zənginləşdirilməsi 2020-ci il hədəfinə uyğundur.
Rəisi uranın nüvə silahına yaxın olacaq səviyyəyə qədər zənginləşdirilməsi ideyasını təkzib edib: “Rəsmi olaraq elan edilib ki, bizim başlamaq niyyətində olduğumuz hərəkətlər heç bir nüvə silahı yaratmaq məqsədi daşımır. Bu, avropalıların müqaviləni yerinə yetirməməsinin cavabıdır”.
O, həmçinin Tehranın İslam Respublikasının nüvə bombası əldə etməyi planlaşdırmadığına dair çoxdankı mövqeyini təsdiqləyib.
Yeganə




