"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rəşada şəhid adının verilməsi niyə gecikir? – Qabil Hüseynli

01 Oktyabr 2019 - 16:28
in CƏMİYYƏT

Biz əminik ki, Hərbi Hava Qüvvələrinin rəhbərliyi Rəşad Atakişiyevə şəhidlik statusunun verilməsi ilə bağlı məsələ qaldıracaq və aidiyyəti qurumlar bunu həll edəcək.
Bu sözləri Axar.az-a Rəşad Atakişiyevə şəhidlik statusunun verilməsi ilə bağlı danışan mərhum polkovnik-leytenantın qayınatası, politoloq Qabil Hüseynli deyib. O bildirib ki, bu məsələ ilə bağlı ailəsi rəsmi qurumlara müraciət etməyi düşünmür:
“Rəşad Atakişiyevin keçdiyi həmin təlim döyüş tapşırığının təminat hissəsini təşkil edirdi. Bu səbəbdən ona şəhidlik statusu verilməsi Azərbaycanın mövcud qanunvericiliyinə uyğundur. Güman edirəm ki, çox uzaq olmayan zamanda bu məsələ öz müsbət həllini tapacaq. Şəhidlik statusu ilə bağlı məsələnin uzanmasının bir səbəbi ondan ibarətdir ki, hadisə ilə bağlı Hərbi Prokurorluqda istintaq işi aparılır. İstintaq işi yekunlaşdıqdan və bütün məqamlar aydınlaşdıqdan sonra bu məsələ Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən aidiyyəti orqanlar qarşısında qaldırılacaq və inanıram ki, müsbət həllini tapacaq. Bu proses 2-3 aya qədər çəkə bilər. Əgər ona şəhidlik statusunun verilməsi ilə bağlı hər hansı süni əngəllər yaradılarsa, biz aidiyyəti qurumlara müraciət edə bilərik”.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Q.Hüseynli onu da bildirib ki, R.Atakişiyevin uşaqları üçün pensiya kəsilməsindən başqa digər imtiyazlar nəzərdə tutulmur:
“Atakişiyevin uşaqları üçün pensiya kəsilə bilər. Onlar üçün başqa imtiyaz məncə, nəzərdə tutulmur. Digər sahələrdə olduğu kimi, ailə başçısı itirildikdə uşaqlara pensiya kəsilir”.
Qeyd edək ki, Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Saləddin oğlu Atakişiyev iyulun 24-də gecə təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayaraq, həyatını itirib.
Hüquqşunas Fərhad Mehdiyev Nazirlər Kabinetinin qərarının 1.2.6. maddəsinə əsasən, döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş şəxslərin şəhid hesab olunduğunu qeyd edərək, mərhum pilotumuza da şəhidlik statusu verilməsinin mümkünlüyünü qeyd edib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Serial qəhrəmanlarının adlarının yenidoğulanlara qoyulması halları çoxalıb

Next Post

Həbsxanada yatan əri üçün saçında heroin keçirən qadın yaxalandı

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Həbsxanada yatan əri üçün saçında heroin keçirən qadın yaxalandı

Həbsxanada yatan əri üçün saçında heroin keçirən qadın yaxalandı

İsveçrə bankları Azərbaycandan olan əmanətçilərinə dair məlumatı açıqlayacaq

İsveçrə bankları Azərbaycandan olan əmanətçilərinə dair məlumatı açıqlayacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.