ABŞ Konqresinə keçirilən seçkilərdə Amerika Erməni Milli Komitəsinin dəstəklədiyi namizədlərin 95%-i
Konqresə keçib.
Konqresə keçib.Avropa.info xarici mətbuata istinadən xəbər verir ki, qaliblər siyahısında Respublikaçılar partiyasının üzvü Robert Dold da var. O, ABŞ Konqresinin erməni məsələsi üzrə qrupunun vitse-sədri olub.
Amerika Erməni Milli Konqresinin icraçı direktoru Aram Ambaryan bu haqda deyib: “Belə yüksək rəqabət şəraitində erməni seçicilərin siyasi imkanlarının genişlənməsi AEMK (ANCA) üçün sevindiricidir”.
Ambaryanın dediyinə görə, təşkilat erməni dostlarının qələbəsi üçün ciddi sərmayə qoyub və Ermənistana dost olan namizədləri xüsusi dəstəkləyib. AEMK 2016-cı ildə Konqresə keçiriləcək ara seçkilərə indidən hazırlaşır.
Erməni lobbisinin dəstəklədiyi namizədləri ad və fotoları təşkilatın “Facebook” səhifəsində yerləşdirlib.
Xatırladaq ki, 4 noyabrda Konqresə keçirilən ara seçkilərdə 36 senator 435 deputat seçilirdi. Seçkilərdə Respublikaçılar partiyasının üzvləri üstünlük qazanmışdı.
Qeyd edək ki, bu vaxtadək də ABŞ Konqresinin bir çox üzvləri ermənimeyilli mövqeyi ilə tanınırdı. Məhz bu ermənimeyilli konqresmenlərin səyləri nəticəsində Azərbaycana qarşı 907-ci düzəliş qəbul olunub. Bundan başqa, demək olar ki, hər il qondarma erməni soyqrımı məsələsi bu konqresmenlər tərəfindən gündəmə gətirilir.



