"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Rəsmi Bakı Qarabağ erməniləri ilə dialoqdan imtina etmir, ancaq…”

13 Oktyabr 2022 - 14:30
in MÖVQE

“Ermənistanla Azərbaycan arasında informasiya və psixoloji savaş davam edir. ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın vasitəçilyi ilə Vaşinqtonda Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş olmuşdu. Armen Qriqoryan erməni mətbuatına son müsahibəsində bildirib ki, ilin sonunadək delimitasiya prosesinin aparılması barədə razılıq əldə olunub. Bundan sonra erməni saytları belə bir xəbər də yaydılar ki, guya rəsmi Bakı Qarabağ erməniləri ilə danışıqlara başlamaq barədə vəd verib”.

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Elchi.az bildirir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu FB hesabında bildirib:

“Görüşdə iştirak edən Hikmət Hacıyev Armen Qriqoryanın müsahibəsinə və Qarabağ erməniləri ilə dialoq məsələsinə münasibət bildirmək məcburiyyətində qalıb. O Vaşinqtondakı danışıqların 4 mövzu ətrafında – sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, o cümlədən itkin düşmüş şəxslər və minalar problemi da daxil olmaqla, bütövlükdə humanitar məsələlər ətrafında getdiyini vurğulayıb. Prezidentin köməkçisi Vaşinqtondakı danışıqların Brüsselin sülh gündəliyinə töhfə vermək məqsədi daşıdığını bildirib. Yəni Vaşinqton danışıqlarında yeni təklif müzakirə edilməyib, iki ölkə liderinin və xarici işlər nazirlərinin müzakirə etdikləri mövzulardan kənara çıxılmayıb.
Hikmət Hacıyevin açıqlamasında bir neçə əhəmiyyətli məqam da var.
Birincisi, danışıqlar zamanı Azərbaycan tərəfinin həm də Qazax rayonunun hələ də işğal altında saxlanılan 7, Naxçıvanın isə 1 kəndi ilə bağlı məsələninin qaldırıldığı bildirilib. Bu kəndlərin Azərbaycana qaytarılmasının İkinci Qarabağ müharibəsindən sonra ən çox müzakirə edilən mövzulardan biri olduğu rəsmən təsdiqləndi.
İkincisi, Hikmət Hacıyev Armen Qriqoryanın “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin müzakirə olunması üçün beynəlxalq mexanizmin yaradılması” fikrinə geniş şəkildə aydınlıq gətirib: “Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyi məsələsi sırf Azərbaycanın daxili işidir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Azərbaycan istər Brüssel danışıqlarında, istərsə də Vaşinqtonda xüsusi olaraq vurğulayıb ki, Bakı ölkəmizin suveren hüquqlarına aid olan məsələləri heç bir üçüncü tərəflə müzakirə etməyəcəkdir. Qarabağda yaşayan erməni sakinlərin hüquq və təhlükəsizliyi Azərbaycan Konstitusiyası, qanunları və ölkəmizin beynəlxalq öhdəliklərinə uyğun öz həllini tapacaq. Azərbaycan beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü olaraq, xoş niyyətinin göstəricisi və şəffalıq nümunəsi kimi öz vətəndaşları ilə apardığı dialoqa dair bir müddətdən sonra beynəlxalq tərəfdaşlara məlumat verə bilər. Vaşinqtonda tərəfimizdən bildirildi ki, Azərbaycan öz beynəlxalq öhdəliklərinə uyğun olaraq mütəmadi olaraq BMT və digər təşkilatlara müxtəlif hesabatlar təqdim edir. Bu hesabatlarda Azərbaycan hökumətinin məsələn milli azlıqların hüquqlarının təmin edilməsi istiqamətində həyata keçirdiyi işlərə dair məlumatlar yer alır. Gələcəkdə həmin bu hesabatlara Qarabağda yaşayan erməni sakinlərinin hüquqlarının təmin edilməsi ilə bağlı görülən işlər də daxil ediləcək”.
Beləliklə, rəsmi Bakı Qarabağ erməniləri ilə dialoqdan imtina etmir. Ancaq bu prosesə heç bir tərəf qarışmamalıdır. Hikmət Hacıyevin sözlərinə görə, beynəlxalq tərəfdaşlar Azərbaycanın bu haqlı mövqeyini anlayışla və hörmətlə qarşılayırlar. Önəmli olan da budur. Bu Ermənistanın indiki hökuməti üçün də yetərlidir, baş nazir Nikol Paşinyan Qarabağ yükündən qurtulmaq istəyir, sadəcə bunu açıq səsləndirə bilmir”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Milli sükunət-Fazil Mustafa yazır

Next Post

İlham Əliyev Rəisi ilə görüşdü

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post
İlham Əliyev Rəisi ilə görüşdü

İlham Əliyev Rəisi ilə görüşdü

Ukraynalı hərbçilər Britaniyada təlimlərə başladı

Ukrayna “ikinci cəbhə”yə tam hazırdır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.