"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Rəsmi Bakı Tehranın açıq təhdidlərini cavabsız qoymamalıdır!”

18 Oktyabr 2022 - 12:55
in SİYASƏT

“Dünəndən etibarən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunları İranın şimal-qərb hissəsində, Azərbaycanla sərhəddə, Araz çayı boyunca “Qüdrətli İran” adlandırdığı təlimlərə başlayıb.
Düzdür, hər bir ölkənin hərbi təlimlər keçirmək hüququ var və təlimlərin ölkənin hansı bölgəsində keçirilməsi həmin ölkənin verəcəyi bir qərardır, lakin hərbi təlimlərin məqsədi, keçirilməsi və özlüyündə mesaj ehtiva etməsi də bilinən bir gerçəkdir”.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az bildirir ki, bu fikirləri politoloq Turan Rzayev FB hesabında qeyd edib:

“Məlum olduğu kimi, İran ötən ilin payızında da ölkənin şimal-qərb hissəsində, Azərbaycanla sərhəddə “Xeybər fatehləri” kod adlı təlimlər keçirmişdi. Lakin “Xeybər fatehləri” adlı təlimi İranın dövlət ordusu olan “Ərteş” həyata keçirmişdi. “Qüdrətli İran” təlimlərini isə SEPAH-ın quru qoşunları keçirir.

Tehranın Bakıya körpü mesajı

SEPAH təlimlərin keçirilməsindən bir neçə gün öncə təlimlər çərçivəsində Azərbaycanla sərhəddə helikopter-paraşüt əməliyyatı, helikopter döyüşü, PUA-ların istifadəsi, nəqliyyat- rabitə xətlərinin ələ keçirilməsi və nəzarət, strateji yüksəkliklərin ələ keçirilməsi və Araz çayı üzərində körpünün inşa edilməsini məşq edəcəklərini açıqlayıb.
Xüsusilə təlim zamanı Araz çayı üzərində hərbi texnika və canlı qüvvələrin hərəkətini sınaqdan keçirmək məqsədilə körpülərin inşa edilməsi diqqət çəkir.

Digər diqqətçəkən məqam isə SEPAH Quru Qoşunlarının komandanı Məhəmməd Pakpurun təlimlər haqda dedikləridir: “Təlimlər qonşu ölkələr üçün sülh mesajı, dostluq və təhlükəsizliyin möhkəmləndirilməsi məqsədi daşıyır”.

Belə sual yaranır: Araz çayı üzərində körpünün inşa edilməsini məşq etməyin “dostluqla” nə əlaqəsi var?

Aydın məsələdir ki, mollalar açıq şəkildə Azərbaycanı təhdid edir. İran Araz çayı boyunca “Qüdrətli İran” adlandırdığı təlimlər ilə Zəngəzurla bağlı bir müddətdir dilə gətirdiyi “sərhədlər dəyişəcəksə, hərbi müdaxilə edəcəyik” təhdidinin real olduğunu göstərməyə çalışır. Araz çayı üzərində körpünün inşa edilməsini məşq etməklə isə lazım gələrsə real addımların da atıla biləcəyi mesajını verirlər.
Prinsip etibarilə, İran bu məqsədlə Ukrayna müharibəsi fonunda Rusiyaya da açıq dəstək verir. Bu yolla Tehran Kremlin Zəngəzur dəhlizi məsələsində Bakıya verdiyi dəstəyi neytrallaşdırmağa çalışır”.

Politoloq vurğulayıb ki, Tehranın nahatlığı təkcə Zəngəzurla bağlı deyil. Rejim yaxşı başa düşür ki, artıq tam küncə sıxılıb:

“Hazırda bu ölkəyə qarşı real təcrid prosesi gedir. Yəni əgər əvvəllər İran xarici təhdidlərlə ölkə xaricində mübarizə aparırdısa artıq bu proses İranın daxilinə keçib. Bu da ölkədəki siyasi rejim üçün kabusa çevrilir.

Bakının cavabı necə olmalıdır?

Rəsmi Bakı bütün hallarda Tehranın açıq təhdidlərini cavabsız qoymamalıdır:
Birincisi, İranın Araz çayı boyunca keçirdiyi təlimlərə rəsmi Bakı və Ankara birgə təlimlərlə cavab verməlidir.
İkincisi, Bakı Cənubi Azərbaycanın öz müqəddəratını təyin etməsinə pərdəarxasından dəstək verməli, beynəlxalq nüfuzundan istifadə edərək Tehrana bu istiqamətdə təzyiqləri artırmalıdır”.

Şayəstə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

ABŞ-ın yardımı olmadan Ukrayna bir ay yaşamaz – Sims

Next Post

Uşaqlara 2 min, ailələrə 200 dollar verilsin!

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Uşaqlara 2 min, ailələrə 200 dollar verilsin!

Uşaqlara 2 min, ailələrə 200 dollar verilsin!

Azərbaycanla bərabər olmağa davam edəcəyik – Türkiyə MN

Azərbaycanla bərabər olmağa davam edəcəyik - Türkiyə MN

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.