"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rəsmi qurum Aslan İsmayılovu saxtakarlıqda ittiham etdi

20 Avqust 2017 - 10:36
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

a1-678x381Səbail Rayon İcra Hakimiyyəti hüquqşunas Aslan İsmayılov tərəfindən Bayıl yamacında park salma ilə bağlı apardığı kampaniyaya aydınlıq gətirib. İcra Hakimiyyəti tərəfindən yayılan məlumatda hüquqşunas saxtakarlıqda ittiham edilir. Qeyd edək ki, İcra Hakimiyətinin rəsmi mövqeyini əks etdirən məlumat (sabail-ih.gov.az) saytında da yerləşdirilib. Həmin məlumatı təqdim edirik:

“Vəkil Aslan İsmayılovun sosial şəbəkədə Bakı şəhərinin mərkəzində park salması ilə bağlı paylaşdığı video müraciətinə cavab: Hörmətli media nümayəndələri, bildiririk ki, sözügedən məlumat Səbail Rayon İcra Hakimiyyətində böyük təəccüb doğurub.

Aslan ismayılov vaxtı ilə sürüşmə baş vermiş Bayıl yamacında park saldığını və burada ağaclar əkdiyini göstərir. Hamıya yaxşı məlumdur ki, 2016-cı ilin sonlarından etibarən ölkə başçısı İlham Əliyevin tərəfindən Şıx yamacından Bayıl yamacı istiqamətində böyük sahəni əhatə edən ərazidə yaşıllıqlar zonası və meşə zolağının yaradılması barədə tapşırıqlar verib. Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı şəhər və Səbail Rayon İcra Hakimiyyətləri tərəfindən ilkin mərhələdə «Şıx» yamacında böyük “Ekoloji park” yaradılıb, təkcə Səbail RİH tərəfindən burada 80 mindən çox müxtəlif ağac əkilib və damcı üsulu ilə ağaclara qulluq göstərilir. Lazımi qulluq nəticəsində ağacların hamısında inkişaf gedir. Qeyd olunmalıdır ki, 10 minlərlə ha ərazini əhatə edən bu yaşıllıq ərazisi prezidentin hakimiyyəti illərində salınmış ən böyük yaşıllıq ərazilərindən biridir.
Mövsüm ərzində həmin ərazilərdə əkilən ağacların sayının ilbəil artırılaraq Bayıl yamacına kimi böyük bir ərazini əhatə olunması nəzərdə tutulmuş və hazırda bütün ərazidə ağaclara qulluq göstərilməsi işlər gedir.

Aslan İsmayılovun yayımladığı video materialadakı görüntülərdən aydın bilinir ki, burada işlələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları aparır. Yəqin ki, Aslan İsmayılov dövlət qurumları tərəfindən ərazidə aparılan geniş miqyaslı işlərə öz adını yazmaqla özünü gündəmdə saxlamağa çalışır və Prezidentin rəhbərliyi ilə aparılan geniş miqyaslı işlərə özünü əlavə etmək istəyir. Bu da bizdə böyük təəccüb hissi doğurur”.

Xatırladaq ki, Aslan İsmayılov sosial şəbəkələrdə oğlu Vaqifin toyu münasibəti ilə “İntourist” mehmanxanasının yuxarı hissəsində öz vəsaiti hesabına park saldığını və parkın adını “Vaqif & Gülyaz” adlandırdığını yazıb. Aslan İsmayılov bununla bağlı status da yazıb: “Oğlum Vaqifin toyu münasibəti ilə “Intourist” mehmanxanasının yuxarı hissəsində öz vəsaitim hesabına saldığım “Vaqif & Gülyaz” parkını və bu münasibətlə irəli sürdüyüm təşəbbüsü Sizə təqdim edirəm”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

 4G-dəstəkli LG FLEX 2 smartfonu indi YARI QİYMƏTƏ

Next Post

Bakıda Qlobal Gənc Liderlər Forumu öz işinə başlayır

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Bakıda Qlobal Gənc Liderlər Forumu öz işinə başlayır

Bu gün “Biq-Ben” sonuncu dəfə zəng çalacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.