"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Rəssamlıq iqtisadi baxımdan gec yetişən sahələrdəndir” – MÜSAHİBƏ

06 Dekabr 2023 - 22:40
in MƏDƏNİYYƏT, XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

Rəssamlıq incəsənətin ən qədim növlərindən biri olub, digər sənət sahələrindən müxtəlif xüsusiyyətləri ilə fərqlənir. Bu sənətinin əsas əlamətləri obrazlıq və emosionallıqdır. Rəssamlıq ciddi təxəyyül, istedad, əmək, səbr və mütaliə tələb edir. Bu sənəti uğurla davam etdirən, rənglərin dili ilə danışan, ömrünü-gününü rənglərə bağlayan istedadlı gənclərimiz var ki, onlardan biri də,
rəssamlıq, heykəltəraşlıq, illüstrasiya və konseptual
incəsənət sahəsində geniş tanınan Azərbaycanın aparıcı gənc rəssamı Ruhulla Həsənzadədir.

R. Həsənov 1993-cü ildə Bakıda rəssam ailəsində dünyaya göz açıb. 2005-ci ildə əsəri ilk dəfə ictimai sərgidə nümayiş etdiriləndə onun cəmi 12 yaşı vardı. Bir neçə ay sonra Ruhulla “XXI əsrin
istedadları” adlı kitabda yer alır. 2018-ci ildən Avropa Təbiət Elmləri Akademiyasının üzvüdür və ilk əsərləri Belçika, Rusiya və Türkiyədə keçirilən
beynəlxalq sərgilərdə nümayiş etdirilir. 2020-ci ilin iyun ayından etibarən rəssamın Martin Micallef və Ruh Zadeh adı altında ətir üzərindəki əl işinin
məhdud sayda satışa çıxarılıb. Qeyd edək ki, dekabrın 15-də
“Metamorfik bağlar:70/30” adlı sərgidə Ruhulla Həsənzadənin və atası İbrahim Həsənovun müxtəlif əsərləri sərgilənəcək.
Sərgidə
ümumilikdə 65-ə yaxın rəngkarlıq, 22 ədəd heykəltaraşlıq nümunəsi nümayiş olunacaq.
Beləliklə rəssamla olan müsahibəmizi təqdim edirik.

– Ruhulla bəy Azərbaycandan örnək aldığınız rəssamlar varmı?

– Bu yaxınlarda Tahir Salahovun ev muzeyinə getdim. Əvvəl də getmişdim. Sərgilərdə də izləmişdim əsərlərini. Amma bu dəfə nəsə başqa cür təsir etdi. Başqa şeylərin fərqinə vardım. Əsərin necə təravətli və təzə saxlayır…  Bir əl hərəkətilə nə etmək istəyini göstərir. Artıq mazok yoxdur onun əsərlərində. Yaxından baxandan sonra bir müddət təsirində qaldım. Belə baxanda aşağı yuxarı bütün rəssamlar eyni şeyi işləyir amma vacib olan burda necə sualıdır. Heç bir yenilik icad edilməyib, hər kəs nöqtələri fərqli formada birləşdirir. Fikrimcə Tahir Salahov fikrimcə qırmızını ən yaxşı istifadə edən rəssamdır indiyə qədər gördüyüm tanıdığım rəssamlar içində. Çox rəssama baxırsan 2 dəqiqədən sonra istəyirsən gedib uzanıb dincələsən. O qədər yorulur ki, adam. Baxırsan ki əsər də yorulub dili olsa deyər ki, əl çək məndən. Mənim özümdə də belə hallar olub, köhnə işlərimdən bəziləri bir də görürsən emalatxanada çıxır qabağıma elə olanda üzünü divara çevirirəm.
Tahirdə gördüyüm təzəliyi atamda da görürəm. Müasirlikdə ənənəviliyi bir üst səviyyəyə qaldırır və onu izləmək çox zövqlüdür. Ümumiyyətlə çalışıram daha çox fərqli üslubda fərqli yanaşmada olan rəssamlara baxım. Onların öz reallığında qaydalar başqadır. O qaydaları mən öz reallığımda necə dəyişə bilərəm? Bu sual məndə həmişə aktualdır. Rasim Babayev, Museyib Əmirov, Cəlil Hüseynov, Altay Sadıxzadə bu cür rəssamlar az deyil bizdə hansı ki, kətan üzərində bir problem qoyurlar və onu ustalıqla həll edirlər.

– Azərbaycada rəssamlığa gəlir, biznes sahəsi kimi baxmaq olar?

– İstər rəssamlıq olsun istər incəsənətin başqa bir sahəsi, bu dünyanın hər yerində gəlir baxımından çətin sahədir. Rəssamlıq iqtisadi baxımdan gec yetişən peşələrdəndir. Amma yetişəndə də milyonların fırlandığı sahədir. Burada həm də imic və farmazonluğun rolu da var. Amma əsl sənətdən danışırıqsa onu deyə bilərəm ki, onsuz da çətin olan bir sahə üçün Azərbaycan heç də münbit bir yer deyil. Çünki bizdə kütlə hələ də impressionist rəssamlara müasir rəssamlar kimi baxır. Hələ müasir konseptual sənəti demirəm. O başqa bir dərddir, həm izləyici həm də rəssam mövzusunda. Amma mən pessimist də deyiləm indi elə bir zamandır ki, sənin əsərini çox asanlıqla xarici bir ölkədə oturan milyonçu da görə bilər. Sadəcə deyinmək əvəzinə imkanları araşdırmaq, dünyanın görə biləcəyi səhnələrə çatmaq lazımdır. Hazırki dövrdə dünyanın hər bir yerində sərgilərə qoşulmaq, əsərlərini satmaq olar. Sərgilərə, yay məktəblərinə, simpoziumlara, rezidensiyalara qoşulmaq üçün bir az pul bir az da ingilis dili lazımdır.
Düzünü desəm mən Azərbaycanda əsərlərini aktiv sata bilən rəssamlardan deyiləm. Bir məqam gəldi ki, insanlara işimi, üslubumu sevdirməyi buraxdım. Amma dünyanın müxtəlif yerlərində əsərlərinin kolleksiyalarda, divarlarda asıldığını bilmək zövq verici hissdir. Ümid edirəm və arzulayıram ki,  bizim insanlar da standartlardan kənara çıxıb yeni üslubları qəbul edəcək. Mənim ətrafımda çox zövqlü insanlar var ki, onların heç bir sənətlə məşğul olmadan necə qaldığına təəccüb edirəm həmişə. Yəgin ki, necəsə təmizləyirlər ruhlarını.

 

– Bu sənətdə uğur qazanmaq üçün ən önəmli olan detallar hansılardır?

– Uğur sözü də indiki zamanda bir ayrı xəstəlikdir. Anlamıram niyə ekranlara çıxanda, hansısa məşhurla birgə şəkil çəkdirəndə və ya nəsə mənasız iş birliyi edəndə insanlar uğurların bol olsun deyirlər. Niyə hamı bu qədər məşhurluğu, şöhrəti, zənginliyi bir mənalı olaraq uğurun hədəfi kimi seçirlər? Mən sənətdə uğurumu məşhurluqdan, şöhrətdən gizlənəndən sonra qazanmağa başlamışam. Qazanc zatən gəlir. Müəllimim həmişə deyir deşikli daş yerdə qalmaz. Rəssamın uğuru emalatxanda kətanın qarşısında təm təraqlı şəkildə baş verir. Bu uğurun tamaşasıdır. Amma bünövrəsi əvvəlcə beyində, ruhda baş verir. Nə vaxt ki, azadlığı hiss edirsən, fərqinə varırsan ki əslində qollarındakı qandalların açarı elə cibində imiş, sakitcə onları açıb çıxırsan qulların arasından. Və katanda bunun eyfariyasını qeyd edirsən. Uğur budur mənə görə. Daxilindəki harmoniyanı, xoşbəxtliyi duymaq, onu təsdiqləmək və onu yaşamaq. Təbii ki, azadlıq deyəndə iqtisadi azadlıq da buna daxildir. Bunun üçün də qolunu çırmalamaq lazımdır. Qazanmaq da bir bacarıqdır. Mən sadəcə öz iqtisadiyyat nazirimi təbiətə etibar etmişəm və öhdəsindən məndən daha yaxşı gəlir.
Ağlım, ruhum və bədənim öz hüzurunu tapandan sonra məşhurluq da, şöhrət də, zənginlik də gələcək. Bu bir az da seçim məsələsidir. Sosial passivliyim mənə insan kimi, rəssam kimi daha bir üst səviyyə qazandırdı. Ətrafımdakılara daha üst səviyyə bir dost, sevgili, yoldaş ailə qazandırdı. İctimai insan özünü yaxınları ilə ictimaiyyət arasında bölüşmək məcburiyyətindədir. Mən anladım ki, balaca çevrədə daha tez böyüyürəm. Enerjimi özümə və ətrafıma tam verə bilirəm. Bundan sonra əgər daha böyük çevrəyə təsir edə biləcəmsə də təbii formada və mənə ziyan vurmadan baş verəcək. Məşhurluğun nə qədər zəhərli və asılılıq yaratdığını çox gözəl bilirəm. Bu narkotik azad olmağa qoymur gərək çox güclü immunitetin olsun. Məndə o immunitet yoxdur hələ ki.

– Bizdə olan məlumata görə yaxınlarda “Metomorfik Bağlar. 70/30” adlı sərginin baş tutacaq. Sərginin adı nədən qaynaqlanır?
Sərgi ilə bağlı fikirlərinizi bölüşərdiz.

– Sərgi bildiyiiz kimi ata və oğulun sərgisidir. Uşaq vaxtı hamıdan soruşurlar ki, böyüyəndə nə olmaq istəyirsən. Onda cavabım o olurdu ki, böyüyəndə rəssam olacam və atamla birlikdə sərgi keçirəcəyik. Bu arzunun 70 və 30 da bizi birləşdirəcəyini bilmirdim çox maraqlı zamanlama oldu. Bu iki rəssamın bir birinə metamorfik bağlarıdır. Hansi ki, zamanla yaradıcı müstəvidə bir birindən ayrılırlar. Üslub fərqi yaranmasına baxmayaraq əsas bağlar düşünürəm ki həmişə qalacaq. Bu təbii formada yaratdığımız sənət  dəyərləridir. Ənənə eynidir amma fərqli formada müasirləşir. Sərgiyə gəlsəniz hər iki rəssamın öz köklərinin üstündə müasirləşdiyini görərsiniz. Axtarışlar, yeniliklər, cəhdlər həmişə var amma möhkəm bağlarla yanaşı fərqli nöqtələrə toxunulub. Sərginin adı da burdan gəlib. Həm rənkarlıq kimi, həm də heykəltaraşlıq kimi fikrimcə incəsənət adına ciddi bir addımdır. Təbii ki, hər kəs bunu öz müstəvisində dəyərləndirəcək.

– Gənc bir rəssam necə addım atmalıdır ki,  əsərlərini satsın həm də uğur qazansın?

– Özüm də gənc olduğumdan gənc rəssamlara ancaq özümə məsləhət verdiyimi deyə bilərəm. Əsərlərinin satılmasına fokuslanmaq çox vaxt yaradıcılığa bərpası mümkün olmayan ziyan vura bilir. Mən bir müddət gəlirimi yaradıcı sahəmdən uzaq tutdum. Təbii ki, digital rəssamlıq da yaradıcılıqdır amma düşünürəm ənənəvi rəssamlar nə demək istədiyimi anladılar. Üslub düşüncə və mahiyyət nisbətən oturuşandan sonra onda satmaq, sərgiləmək olar. Belə olan halda heç bir tərif, heç bir tənqid, heç bir büdcə səni sən olmaqdan yayındıra bilməyəcək.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bu bakalavrların hazırlıq xərcləri ilə bağlı dəyişiklik

Next Post

Süveyş kanalında qəza

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

05 May 2024 - 20:07

#image_title Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbək teatrları arasında imzalanan əməkdaşlıq memorandumlarına əsasən qarşılıqlı mədəni əlaqələr uğurla davam etdirilir....

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

Next Post
Süveyş kanalında qəza

Süveyş kanalında qəza

Quterreşdən bir ilk: Təhlükəsizlik Şurasına məktub göndərdi

Quterreşdən bir ilk: Təhlükəsizlik Şurasına məktub göndərdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.