"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rəsul Cəfərov: «Əsas narahatlıq ittihamlarla bağlıdır»

12 Mart 2015 - 17:07
in SİYASƏT

Martın 12-də hüquq müdafiəçisi Rəsul Cəfərovun Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti prosesi keçirilib. Prosesdə şahidlər dindirilib.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ressulŞahid Rüfət Ələsgərov ifadəsində bildirib ki, Rəsul Cəfərovu şəxsən tanımır. Layihə çərçivəsində Rüfət Ələsgərovun rəhbərlik etdiyi «Jazz center»də tədbir keçirilib. Rüfət Ələsgərov bildirib ki, bu tədbirə görə onlara 2500 manat vəsait ödənilib. Həmin məbləğ mədaxil qəbzində də əks olunub. Rüfət Ələsgərov tərəflər arasında heç bir problemin olmadığını, ödəmənin də düzgün və problemsiz həyata keçirildiyini qeyd edib.

«İŞİMİ GÖRÜB, PULUMU ALMIŞAM»

Digər şahid Cavid Qurbanov Rəsul Cəfərovla layihələrdən biri çərçivəsində əməkdaşlıq etdiyini deyib. Əsasən animasiyalar hazırlayan Cavid Qurbanov gördüyü işin müqabilində mədaxil qəbzinə imza ataraq 1720 manat əməkhaqqı aldığını bildirib:

«Layihə seçki ilə bağlı olub. İşimi görüb nağd şəkildə pulumu almışam. Eyni məbləğ mədaxil qəbzində də göstərilib».

Pərviz Əzizov şahid kimi ifadəsində layihələrdən birində tərcüməçi kimi fəaliyyət göstərdiyini qeyd edib. O da mədaxil qəbzinə imza atmaqla əməkhaqqı aldığını, ortada heç bir problemin olmadığını vurğulayıb.

Hakim artıq məhkəmənin bütün zərərçəkənləri dindirdiyini qeyd edib. Şahidlərdən isə yalnız Rəşad Şirinov məhkəməyə gəlməyib, buna da səbəb onun ölkə xaricində olmasıdır.

Növbəti proses martın 31-nə təyin olunub.

AŞPA HƏMMƏRUZƏÇİLƏRİ İLƏ GÖRÜŞ

Məhkəmə başlamazdan öncə Rəsul Cəfərov jurnalistlərə AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüşü barədə də məlumat verib. Bildirib ki, Tadeusz Iwiński və Pedro Agramunt onunla həbsxanada martın 3-də görüşüblər:

«Əsasən səhhətim və saxlanma şəraitim ilə maraqlandılar. Onlara bu məsələlərlə bağlı problemimin olmamasını bildirdim. Dedim ki, əsas narahatçılıq ittihamlarla bağlıdır. Onlardan xahiş etdim ki, rəsmilərlə görüşlərdə bu məsələni qaldırsınlar».

Rəsul Cəfərov ötən il avqustun 2-də həbs olunub, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham olunur.

Müdafiə tərəfi ittihamı rədd edir.

«Amnesty International» təşkilatı onu «vicdan məhbusu» kimi tanıyıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Milli Şuranın mitinqinə icazə verildi – FOTO

Next Post

İraq ordusu Tikritin mərkəzinə doğru irəliləyir

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

İraq ordusu Tikritin mərkəzinə doğru irəliləyir

Azərbaycana xüsusi cihazlar gətirilib (VİDEO)

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.