"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rəsul Cəfərovun məhkəməsində dindirilən cazmen danışdı – FOTOLAR

16 Mart 2015 - 18:41
in SİYASƏT
Rəsul Cəfərovun məhkəməsində dindirilən cazmen danışdı - FOTOLARBu günlərdə hüquq müdafiəçisi Rəsul Cəfərovun Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib. Prosesdə dindirilən şahidlər arasında Bakı Caz Mərkəzinin rəhbəri Rüfət Ələsgərov da var idi. Cazmen ifadəsində Rəsul Cəfərovu şəxsən tanımadığnı bildirib. 
Onun sözlərinə görə, Rəsul Cəfərov və həmkarları tərəfindən hazırlanan layihə çərçivəsində «Jazz center»də tədbir keçirilib. Rüfət Ələsgərov bu tədbirə görə onlara 2500 manat vəsait ödənildiyini və tərəflər arasında heç bir problemin olmadığını, ödəmənin də düzgün və problemsiz həyata keçirildiyini qeyd edib.
Baş verən bu olaylar barəsində Bakı Caz Mərkəzinin rəhbəri Rüfət Ələsgərov musavat.com-a açıqlama verib: “Mən Rəsul Cəfərovu şəxsən tanımıram və onu heç vaxt görməmişəm. Ümumiyyətlə, onun keçirdiyi tədbir barəsində mənim xəbərim olmayıb. Bizim mərkəzdə caz musiqisi konsertlərindən başqa banketlər və kiçik tədbirlər də keçirilir. Rəsul Cəfərov da o tədbirlərdən birini keçirib, vəssalam…
Təkcə konsertlərdən gələn gəlirlə mərkəzin fəaliyyətini davam etdirə bilmərik. Bu səbəbdən də vaxtaşırı özəl tərbilərə də icazə veririk. Mərkəzdə kiçik restoran, kafe fəaliyyət göstərir və kim istəyirsə, bu xidmətimizdən də istifadə edə bilir. Demək olmaz ki, gündə 50-60 nəfət cazla maraqlanıb, mərkəzə gəlir. Yəni adi günlərdə çox az adam bura təşrif buyurur”.
Rüfət Ələsgərov Bakı Caz Mərkəzinin fəaliyyəti barəsində də danışıb: “Mərkəzimiz 2002-ci ildən fəaliyyət göstərir. Bazarertəsindən başqa həftənin bütün günləri qapımız musiqçilərin üzünə açıqdır. Burada həm yerli, həm də xaricdən gələn musiqiçilərin konsertləri təşkil edilir. Dünya şöhrətli caz musiqiçiləri bizim mərkəzə tez-tez müraciət edirlər. Ölkəmizdə caz musiqsinə maraq xeyli artıb.
Qeyd edim ki, hazırda dünyada öz ifaları ilə şöhrət qazanmış caz ifaçılarımızın çoxunun fəaliyyəti bu mərkəzdən başlayıb. Bunlardan Şahin Növrəsli, İsfar Sarabski, Emil Əfrasiyaboğlunun və digərlərinin adlarını çəkə bilərəm. Məndən əvvəl mərkəzin rəhbəri işləmiş cazmen Emil İbrahim Emil Əfrasiyaboğluna vaxtında xeyli dəstək olmuş, ona kömək etmişdi. Hazırda Emil təhsilini xaricdə davam edir”.
Cazmen ölkəmizdə keçirilən möhtəşəm caz konsertlərindən söz açıb: “Bildiyiniz kimi, ölkəmizdə artıq caz festivalları keçirilir. Bunun nəticəsində məşhur cazmenlər bizim mərkəzə toplaşır, öz möhtəşəm caz proqramları ilə caz sevənlərin qarşısında çıxış edirlər.
Bəzən konsertlər gözlənilmədən baş tutur. Məsələn, bizə müraciətlər olunur, yaxud hansısa konserti planlaşdırırq və həyata keçirirk. Gürcüstandan, Rusiyadan bizə tez-tez müraciətlər olunur. Yerli caz ifaçılarımz da onlara qoşulur. Bu, çox yaxşı haldır. Ona görə ki, hər caz ifaçısının özünəməxsus üslubu var və gənc cazmenlər hər ifaçıdan nəsə öyrənməyə çalışırlar.
Əvvəllər belə bir mərkəz olmadığından cazmenlərimiz fərdi olaraq, məşğul olurdularsa, bu mərkəzin sayəsində cazmenlər öz fəaliyyətlərini ortaya qoyub, müqayisə edə bilirlər. Bu amil caz musiqimizin inkişafında mühüm rol oynayır. Bakı Caz Mərkəzi çox gənclərə yol açıb. Bura demək olar ki, daha çox gənclər gəlir.
Təbii ki, əgər imkanımız olsaydı, burada siniflər açıb, təhsil də verərdik. Lakin hazırkı durum buna imkan vermir. Dövlət tərəfindən də heç bir dəstək almırıq. Hər şey mərkəzin öz maddi büdcəsi sayəsində həyata keçirilir”.
Xatırlaqdaq ki, bu günlərdə məhkəməsi keçirilən Rəsul Cəfərov ötən il avqustun 2-də həbs olunub. Ona qarşı vergidən yayınma, qanunsuz sahibkarlıq, mənimsəmə kimi ittihamlar irəli sürülüb.
Lakin yerli və beynəlxalq ictimaiyyət hesab edir ki, Rəsul Cəfərova qarşı ittihamlar onun hüquq müdafiəçisi kimi göstərdiyi fəaliyyət ilə bağlıdır. Təsadüfi deyil ki, “Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı Rəsul Cəfərovu “vicdan məhbusu” elan edib.
Xalidə Gəray











Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

TQDK nəticələri açıqladı

Next Post

Nazirimizdən Avropaya vəd

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

Nazirimizdən Avropaya vəd

Ölən azərbaycanlıların meyitləri Azərbaycana gətirildi

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.