"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rəsul Quliyevdən Xəzərdəki faciə ilə bağlı şok iddia…

07 Dekabr 2015 - 10:10
in XƏBƏR LENTİ

“İlham Əliyevlə Əhməd Davudoğlunun görüşündən sonra rusların qaz kəməri inşaatının sürətləndirmək barədə verdikləri bəyanat Rusiyanı qıcıqlandıra və Azərbaycanı yüngülvari cəzalandırmaq fikirinə sala bilər”

Eks – spiker Rəsul Quliyev gündəmin bir sıra aktual mövzuları ətrafında Moderator.az-ın suallarını cavablandırıb:
– Rəsul müəllim, son günlər Azərbaycanda faciə ilə qurtaran və başqa diqqəti cəlb edən hadisələr baş verib. İlk növbədə son hadisədən başlayaq. “Günəşli” neft – qaz platformasında baş verən qəza nəticəsində 30 adam itkin düşüb. Sizin fikirinizcə bu qəzanın səbəbi nədir və günahkar kimdir?
– İtkin düşmüş 30 insandan kimlərinsə salamat qurtarmaq ehtimalı cüzidir. Düzdür, hətta okeanda aylarla itmişlərin sağ qalması hadisələri olub, ancaq tufanlı Xəzərdə bu çox problemli məsələdir.
İstehsalatda, xüsusilə yanğına həssas mallar istehsal edən sektorda yanğınları, partlayışları tam neytrallaşdırmaq mümkün deyil. Belə hadisələr ola bilər və gələcəkdə də olacaq, Əsas məsələ baş vermiş hadisənin səbəblərini dərindən analiz edib bu tipli hadisələrin gələcəkdə baş verməsinin qarşısını almaq üçün tədbirlərin (texniki) görülməsidir. Belə qəzaların səbəblərini dəqiqliklə müəyyənləşdirməkdə heç bir saxtakarlığa yol vermək olmaz. Çünki məsul şəxslər cəzalandırılacaqlarından qorxub hadisənin baş verməsinin səbəblərini saxtalaşdırmağa cəhd edirlər. Buna qəti sürətdə yol vermək olmaz. Bir neçə sual öz cavabını tapmalıdır. Məsələn, xilasedici gəmilərdən birinin ipi hansı səbəbdən qırılıb, (ölən və itənlər bu səbəbdən olub) keyfiyyətsiz material olub və ya konsruktiv olaraq səhvdir…
Dənizdə dalğa olanda belə dərin qatlarda bu az hiss olunur ki, hansı səbəbdən boru fundamentindən düşüb və sınıb. Borunu və fundamentin erroziya və korroziya vəziyyəti axırıncı dəfə nə vaxt yoxlanılıb.
 Yanğın o biri quyuya necə olub keçib, layihə səhvidir, ya istismar düzgün olmayıb – bir sözlə, onlarlarla bu tipli suallar araşdırılmalı və tədbirlər görülməlidir.
Bu hadisənin terrorçularla əlaqəsinin olması az inandırıcıdır. Amma belə bir işi Xəzər dənizinin hər güşəsində üzə bilən Rus donanması asanlıqla edə bilər. Onların diversiya ilə məşğul ola bilən xüsusi akvalanq qrupları var.Türkiyənin baş naziri və Azərbaycan prezidentinin görüşündən sonra onların qaz kəməri inşaatının sürətləndirmək barədə verdikləri bəyanat Rusiyanı qıcıqlandıra və Azərbaycanı yüngülvari cəzalandırmaq fikirinə sala bilər. Mən özüm Rusiyanın belə bir işi görə biləcəyinə az inanıram, ancaq yoxlamaq pis olmaz. Sadəcə olaraq qəza baş verməmişdən öncə o zonada hansı gəmilərin olması müəyyənləşdirilməlidir.
– Nardaranda dinçilərlə polis arasında insan tələfatı ilə qurtaran atışma olub, 7 nəfər ölüb, onlarlarla adam həbs edilib.
– Mən istənilən variantda dini fundamentalizmin, fanatizmin əleyhinə olan bir şəxsəm. Bu idealogiyanın ictimai münasibətlərin, elmi və iqtisadi inkişafların qayçısı olduğuna heç bir şübhəm yoxdur. Dövləti bir neçə min il bundan öncə yazılmış dini qanunlarla (buddizm 3000, iudizm 2500, xristian 2000, islam 1400) idarə etməyi kompromissiz  tələb edənləri qeyri – normal əqidəli adamlar hesab edirəm. Ancaq bu o demək deyil ki, bu insanlara əqidələrinə görə silah tətbiq etmək lazımdır. Azərbaycanlılar heç vaxt, hətta Şah İsmayıl vaxtı belə fundamentalist müsəlman olmayıblar. Azərbaycan ən loyal islam daşıyıcısı olan ölkələrdən biridir. Ona görə də sünni türklər bizə şiə iranlılardan daha yaxındır. Ona görə də fundamentalist islamçıların sayı Azərbaycanda çox deyil. Hökümətin imkanları kifayət qədərdir. O vaxtında cinayətkar çağırışlar edib sialhlanan dəstələri neytrallaşdırmalı və həbs etməlidir, silahlı basqınlar təşkil etməməlidirlər. Bu gün nə 1993 – cü, (hökümətin demək olar ki, olmadığı il) nə də 1994 – 95 -ci (hökümətin hələ tam güclənmədiyi illər) deyildir, hökümət hətta izafi nəzarətlə məşğuldur. Hökümət çox ehtimal ağırlaşan iqtisadi vəziyyətin verə biləcəyi nəticələrdən qorxub belə amansız tədbirlərə əl atır. Ancaq paralel verilə biləcək cavabın da adekvat olacağından çəkinməlidir. Əsas iqtisadiyatın zəifləməsinin yarada biləcəyi xaosun qarşısını almaq üçün real reforma tədbirləri görməlidir. Xaos yaransa istənilən “Allahu Əkbər” deyən liderə çevrilə bilər.
 
– Azərbaycan mətbuatında zaman – zaman M.Ə.Rəsulzadə şəxsiyyətinə münasibətlər müzakirə olunur. Bu günlərdə parlamentin yeni üzvlərindən birinin onun barəsində təhqiramiz sözlər deməsindən sonra  mövzu yenidən alovlanıb. Sizin M.Ə. Rəsulzadə haqqında özünüzün fərqli fikriniz var…
– M. Ə. Rəsulzadə barədə təhqramiz sözlər demək, onu xalq düşməni adlandırmaq ən azı nəzakətsizliyin yüksək formasıdır. İstənilən variantda istənilən şəxs tərəfindən onun barəsində fikir söyləməmişdən öncə ən azı 1917 – ci ilin oktyabr, 1920 – ci il aprel fəaliyyətini səthi olsa da bilmək lazımdır. Yazılardan məlum olur ki, nə onu tərifləyənlər, nə də əleyhinə danışanlar heç bir arqumentə istinad etmədən söz güləşdirirlər. Rəsulzadəni xalq düşməni adlandıranların arqumenti mənim üçün ulu öndər Əliyevdən başqa heç kim dahi ola bilməz deməsində, başqa sözlə, intellektinin olmamasındadırsa, Rəsulzadə ilk Azərbaycan demokratik respublikasını yaradandır deyənlərin də tarixə nəzər yetirdikləri şübhə altındadır.
 Rəsulzadə ömrü boyu Azərbaycanın demokratik yolla inkişaf etməsi üçün vuruşan, bu yolda əlindən gələn hər şeyi etməyə can atan bir şəxsdir. Ölənə qədər Azərbaycanın parlaq gələcəyini görmək arzusunda olan bir adamdır, onun səhvlərini qeyd etmək olar, fetişləşdirmək, dahiləşdirmək olmaz, ancaq heç vəchlə Azərbaycanın düşməni adlandırmaq da olmaz. Bu ədəbsizlikdir.
 Onu Azərbaycanın yaradıcısı adlandıranlarsa o dövrdə Gürcüstanın müstəqillik elan edəndən sonra məcbur olub müstəqil Azərbaycan elan edən iclasın üzvlərini təhqir etmək zəhmətlərini yerə vurmaq olar.  Rəsulzadənin sədr seçildiyi 28 may iclasında heç özü iştirak etməyib. Nə üçün gənc Rəsulzadə Milli Şuranın sədri seçilib? Çünki onun hökümətin işinə qarışa biləcəyi heç bir təcrübəsi yox idi. Müsavat partiyasının başqanı kimi həm sollar, həm konservatorlar, həm də millətçilər onun namizədliyini qəbul edirdilər. Həmin milli şura 20 gün ərzində onun sədrliyi ilə ancaq bir iclas keçirdi və özünü buraxdı. Başda Fətəli Xan Xoyski olmaqla (8 üzvüdən ibarət hökümət) iyun 1918-ci ildən dekabr 1918-ci ilə qədər təkbaşına dövlət formalaşdırdı. İyun – dekabr 1918-ci ildə M.Ə.Rəsulzadə heç Azərbaycanda olmadı. İyunda Türkiyəyə gedib ayda bir dəfə, Xoyskinin teleqrafla göndərdiyi tapşırıqları yerinə yetirib, dövlət institutlarının yaranmasında heç bir rolu olmayıb. Xoyskinin rəhbərliyi altında 8 nazir ölkədə fövqəladə vəziyyət elan edib, ölkənin İslam ordusunu, maliyə, iqtisadiyyat, təhsil, səhiyyə və sair sistemlərini yaradıb. Nuri Paşanın başçılığı altında işğal olunmuş torpaqlarımızı və o cümlədən ölkənin paytaxtı Bakını işğalçılardan azad edilməsində  hökümətin fövqələdə rolunun olması danılmazdır. Türklər müqavilə əsasında Bakını İngilislərə təhvil verdikdən sonra hökümətin fövqəladə ağıllı siyasəti nəticəsində ingilislərin General Qubernatoru Fətəli Xan Xoyskini və onun hökümətini Azərbaycanın yeganə leqitim orqanı kimi tanıyıb. M.Ə.Rəsulzadə Bakıya qayıdanda Fətəli xanın höküməti artıq ingilislərin qəbul etdiyi parlamenti də formalaşdırmışdı.
 Azərbaycanın birinci hökümətinin 8 üzvündən 3 – ü Rus imperiyasının 1və 2-ci Dumasının (1905-1907) üzvüləri olmuşdular, yəni kifayət qədər dövlətçilik təcrübəsi olan adamlar idi. Hökümətin üzvlərinin hamısı xarici ölkələrdə təhsil almaqla yanaşı bir neçə avropa dillərini bilirdi. Ona görə də heç bir əsas olmadan kimisə Azərbaycanın yaradıcısı adlandırmaq bu fədakar 8 – liyin xatirəsinə xəyanət etmək deməkdir. Fikirimcə Azərbaycanda 28 may Milli şuranın mütəqillik  iclası mövzusunda monument heykəl kompozisiyası yaradılmalıdır. Həmin monumentdə onların hər biri xidmətlərinin səviyyəsinə görə yer tutmalıdır. Biz xalqımızın düşmənləri 26 – lara monument yarada bildiyimiz, hətta toy edənlərin o monumentin qarşısında and işmələrinə nail olduğumuz halda nəyə görə ilk Azərbaycan dövləti yaradanların xatirəsini əbədiləşdirməməliyik? Nəzərə alsaq ki, onların çoxu sonradan bolşeviklər tərəfindən ya terror, ya da repesiyalarla məhv edildi, gec də olsa bu işi hökmən görməliyik. İstənilən saray tikməkdənsə onların xatirəsini əbədiləşdirmək daha önəmlidir. Və sözsüz çoxunun iddia etdiyi kimi M. Ə. Rəsulzadə üçün ayrıca heykəl qoymaq yox, öz silahdaşları arasında ona layiq olan yerin verilməsində olmalıdır.
Mənim yazdıqlarımı tarixi faktlarla (nağıl xarakterli fərziyələrlə yox) təkzib etməyi istəyən varsa buyursun.
 Xalqın böyüklüyü hansısa dahi şəxsiyyətlərin olmasında yox, əksinə, onların olmamasındadır. Eramızın möcüzələrindən biri 18-ci əsrdə, daha doğrusu 1776-cı ildə ABŞ açıq cəmiyyət dövlətinin yaradılmasıdır. Kimdir bu ölkənin yaradıcısı, yoxdur. Ümumiyyətlə müstəqillik aktına ABŞ-ın birinci prezidenti Vaşinqton heç qol çəkməyib. Dahiləri ancaq totalitar rejimlər yetişdirir. Mən bütün intelektimi qoyub 1918-20 ci illərin totalitar rejimli olmadığını sübut etmək istəyirəm, siz isə hökmən dahi axtarışını davam etdirirsiniz. İstər Vaşinqtonu (ABŞ-ın birinci prezidenti, Silahlı qüvvələrin ali baş komandanı, müxtəlif lagerdə olanları ölkənin maraqları naminə birləşdirə bilən şəxs), istər Linkolnu (ABŞ-nı vətəndaş müharibəsində parçalanmaya imkan verməyən şəxs), istər Çörçilli (ikinci dünya müharibəsində Almaniyanın faşist rejimini süquta çatdıran əsas şəxs), istər Adenaur (müharibədən sonra dağılmış Almaniyanı qısa müddətdə bərpa edən, NATO –nu yaratmağın ideyasını verən şəxs) bu günə qədər heç kim tərəfindən dahi adlandıramayıb, yazılan kitabların hamısı müsbət və mənfi keyfiyyətlərin müqayisəsi ilə yazılıb. Sovetlər dağılandan sonra tutduğumuz yer, mövqe  bizim avropalı olmağımıza dərin şübhə yaradıb. Belə bir vəziyyətdə kimlərisə dahi, fövqəlbəşər adlandırmağımız ancaq istehza doğura bilər.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bu gün hava necə olacaq?

Next Post

Rusiyalı professor: “Türkiyə haqlıdır”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Rusiyalı professor: “Türkiyə haqlıdır”

İranlı ayətullah: “Ermənilərlə farslar bir millətdir”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.