"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rəsulzadə Urmiya-Gəncə paralelində

15 Noyabr 2015 - 10:17
in KÖŞƏ YAZILARI

Rəsulzadə Urmiya-Gəncə paralelində

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

İranda türklərə qarşı təhqirlər, etiraz aksiyaları xəbərlərindən sonra indi də etirazçıların sıxışdırılmasını, repressiyaya uğramasını eşidirik. Məqsədim bu haqda yazmaq deyil. Sadəcə, dünən molla rejiminin Urmiyadakı qardaşlarımıza qarşı silahlı dəstələr göndərməsi xəbərini oxuyanda bir kiçik tarixi hadisəni xatırladım. Bunu Məhəmməd Əmin Rəsulzadənin əsərləri toplusundan oxumuşam, istədim sizinlə də bölüşüm. Rəsulzadənin necə böyük şəxsiyyət olması belə xırda detallardan da aydın görünür.

1908-ci ildə Rəsulzadə İrana gedib, orda Bakıda çıxan “Tərəqqi” qəzetinin, başqa media orqanlarının müxbiri kimi fəaliyyət göstərib. Yeri gəlmişkən, Rəsulzadə İran tarixində də ilk Avropa stilində qəzetin və siyasi partiyanın yaradıcısı sayılır. Sözüm bunda deyil. Həmin 1908-1909-cu illərdə o, İranı, Güney Azərbaycanı qarış-qarış gəzir, bu ərazilərdən jurnalistika, tarix baxımından mükəmməl etnoqrafik, reportaj və məlumat xarakterli yol qeydləri yazır. Örnək üçün, Rəsulzadə orda bir kəndlinin evində qonaq qalmasını elə bədii təsvir edib ki, indinin özündə bizim belə təsvirlər yazmaq qabiliyyəti olan jurnalist və yazıçılarımız çox azdır.
Ancaq çatdırmaq istədiyim fakt Urmiyada baş verir. Rəsulzadə şəhərə gələndə görür ki, nəsə bir çox insanlar narahatdır. Səbəbini öyrənir. O vaxt Urmiya Osmanlı imperiyasının, İranın və Rusiyanın təsiri altında imiş. (Bunu izah eləsəm uzun alınar). Şəhərdə bu 3 dövlətin nümayəndəlikləri, müəyyən sayda qoşun hissələri varmış. Sən demə, iranlılar Osmanlıya işləyən hansısa “agenti” tutub zindana salıblar. İndi Osmanlının şəhərdəki nümayəndəsi, adı şübhəli şəkildə namərd qonşularımızı xatırladan “Petros əfəndi” (Rəsulzadə onu yazısında belə təqdim edir və Osmanlını belə məsuliyyətsiz kadrlarla işləməkdə suçlayır) silahlı dəstə götürüb İran fədailərinin qərargahına basqın eləmək, həmin adamı azad etmək fikrindəymiş. Rus konsulluğu da hansısa şəkildə bu hadisə ilə əlaqəli olur, ruslar da istəyir türklər və farslar bir-birini qırsın.
Uzun sözün qısası, Rəsulzadə şəhərdəki bu təhlükəli durumu görüb çox narahat olur, bu toqquşmalar olsa ilk növbədə Urmiyanın əsas sakinləri olan türklərin (azərbaycanlıların) zərər çəkəcəyini düşünür və dərhal fəaliyyətə keçir. Osmanlının qərargahından fədailərin yanına gedir. Sonra rus konsulluğuna baş çəkir. Hər 3 yerdə barışığa, problemi dinc yolla həll etməyə çağırır və maraqlıdır ki, buna nail olur!
İndi özünüz təsəvvür edin: bu cür sülhpərvər, indiki dillə desək, atəşkəs missiyası ilə məşğul olan Rəsulzadənin o vaxt cəmi 24 yaşı vardı! Urmiyaya ilk dəfə gəlirdi. Ümumiyyətlə, başqa dövlətin vətəndaşı idi. Heç kimdən sülhyaratma mandatı almamışdı. Ancaq onu eşidirdilər! Qarşılarında savadlı, mədəni, gerçək bir ziyalı insanın durduğunu görən tərəflər onun dediklərinə əməl etməyi özlərinə borc bilirdilər.
Bax, yapist rejimin Rəsulzadəyə qarşı qısqanclığı belə-belə saysız səbəblər, hadisələr üzündəndir. Axı özləri, öz qabaqda gedənləri heç vaxt belə etməzdi! Əksinə, münaqişəni daha da alovlandırmağa, günahsız insanların qanı ilə bulanan suda özləri üçün balıq tutmağa çalışardılar. Başqa miqyasda, başqa illərdə bunu Gəncədə görmüşük. O Urmiya, bu Gəncə – müqayisə edin.
Ona görə Rəsulzadənin adını hər yerdən silmək kimi gülünc cəhdlər edirlər. (Elə bil gözləri önündə tarix yoxdur). Ona görə böyük öndərimizin Gəncədəki büstünə çuval keçiriblər. Guya yarasa qanadları ilə Günəşin qabağını ala bilərlər.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İŞİD-in Liviya lideri məhv olundu

Next Post

ABŞ Ukraynaya iki RLS verdi

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

ABŞ Ukraynaya iki RLS verdi

6 Avropa paytaxtında fars irqçiliyinə qarşı etiraz aksiyası

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.