
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Optik Qurğular İdarəsinin rəisi Namazəli Məmmədov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə məlumatı Trend yayıb. Məlumata görə, N.Məmmədov haqqında həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bundan öncə RYTN-nin başqa vəzifəli şəxsləri də işdən azad edilərək, barələrində cinayət işi başlanılıb.



