Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.
Fərmana əsasən, “Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında Əsasnamə” təsdiq edilib.
Nazirlər Kabineti bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.






