Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev peşəkarların mübarizə apardığı “Karate Combat” turnirində növbəti döyüşünü keçirib.
Elchi.az xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı ABŞ-dan olan Coş Kuayhagenlə qarşılaşıb.
Florida ştatının Mayami şəhərində baş tutan döyüş Ağayevin qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Rafael Ağayev “Karate Combat” turnirində 2018-ci ildə debüt edib.
“Bayer 04” komandası yeni rekorda imza ata bilər
Almaniyanın "Bayer 04" komandası yeni rekorda imza ata bilər. Elchi.az xəbər verir ki, Xabi Alonsonun yetirmələri mayın 9-da UEFA Avropa...





