Karateçimizin 5 qat dünya çempionluğu bizim üçün böyük fəxrdir. İndiyədək 4 dəfədən çox heç kim bu nailiyyətə imza atmamışdı. Rafael Ağayev isə rekorda imza atdı.
Report xəbər verir ki, bunu Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Avstriyanın Lints şəhərindəki dünya çempionatında Azərbaycan milli komandasının çıxışına həsr olunmuş mətbuat konfransında deyib.
Y.Bəşirov qazandıqları nailiyyətlərin ildən-ilə yüksəldiyini bildirərək, 2017-ci il İslam Həmrəyliyi Oyunlarında da uğurla çıxış etməyə çalışacaqlarını vurğulayıb:
“Hazırda Ümumdünya Karate Federasiyasının 192 üzvü var. 2020-ci il Tokio Yay Olimpiya Oyunlarınadək üzv ölkələrin sayı 200-ə çatacaq. Bu səbəbdən, böyük rəqabət olacaq. Çalışacağıq ki, dünyada reytinqimizi qaldıraq”.




