"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Raket terrorunun Rusiya üçün yalnız təbliğati effekti olacaq”

10 Oktyabr 2022 - 15:27
in GÜNDƏM

“Putin rejimi eskalasiyanı mümkün olduğu qədər artırmaqla dünyanı qorxudub, siyasi nəticə əldə etmək istəyir.
Məqsəd Ukrayna və ya Qərblə (yaxud hər ikisi ilə) masaya oturub, Moskvanın tələblərinin ən azı bir qisminin yerinə yetirilməsi şərti ilə müharibənin dayandırılmasından ibarətdir”.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Elchi.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Şahin Cəfərli FB hesabında qeyd edib:

“Rusiyanın cəbhədə üzləşdiyi durumu bilirsiniz : tükəniblər və nəinki böyük hücum əməliyyatları keçirmək, hətta effektiv müdafiə olunmaq imkanlarını da itiriblər. Dneprin sağ sahilindəki qruplaşmanın ləğvi zaman məsələsidir. Zaporojye istiqamətindən başlanacaq Ukrayna hücumu isə müharibənin taleyini həll edə bilər. Rusiyanın səfərbərliyə alınan ehtiyat qüvvələrinin təlim və hazırlığının dekabr ayında yekunlaşacağı gözlənilir, lakin bunların cəbhədə radikal dönüş yaradacağı şübhə doğurur.
Bu səbəblərdən indiki mərhələdə Putinin nəticə ala biləcəyi yeganə üsul “dəli adam” roluna girib, “məni çox sıxmayın, dünyanı yaxaram, nüvə də ataram” mesajını verməkdir. (Madman theory.) Çünki belə olanda Qərbdə bir çox çevrəni təsir altına alıb, onları “no war” çağırışı ilə hərəkətə keçməyə vadar etmək mümkün olur. Qərbdəki bu çevrələr:

  • Səmimi olaraq müharibə (hələ üstəlik, nüvə müharibəsi) istəməyənlər ;
  • İdeoloji səbəblərdən Putin Rusiyası ilə yaxın olan, yaxud ona yaxınlıq hiss edən antisistem dairələri ;
  • Siyasi, akademik, biznes, media çevrələrində Rusiyanın satın aldığı adamlar və ona simpatiya bəsləyən “faydalı idiotlar” ;
  • və Rusiya agentura şəbəkəsidir.
    Gərginlik apogeyə çatanda, eləcə də Rusiya nüvə təhdidi ilə çıxış edib, bu çevrələrə pas atanda onlar “dərhal danışıqlara başlamaq lazımdır, yoxsa 3-cü dünya müharibəsi baş verəcək” straşilkası ilə ortaya çıxıb, bu yöndə ictimai rəy yaradır və müəyyən qədər haqlı da görünürlər. (Merkel, Tramp kimi yaxın keçmişdəki Qərb liderlərinin son günlərdə etdikləri çağırışlar bu baxımdan təsadüf deyil.)
    Putinin bugünkü raket terrorunun konkret səbəblərinə gəldikdə isə qeyd etməliyik ki, Krım körpüsü kimi mühüm siyasi simvola çevrilmiş nəhəng konstruksiyanın və Rusiyanın Ukraynanın cənubundakı işğal qruplaşmasının strateji logistikasının vurulması birbaşa Putinin xarizmasının çalın-çarpaz cızılması və onun bütün dünyanın gözü önündə alçaldılması deməkdir. Putin buna bütün dünyanın görəcəyi və danışacağı bir cavab vermək istədi. Digər tərəfdən, ciddi cavab tədbirləri tələb edən propaqandistlərin iştahına uyğun “yemək” təqdim etmək, onları razı salmaq, onlara müzakirə mövzusu vermək ehtiyacı da var. Putin rejimi özünün yaratdığı bu “frankenşteyn”in əsirinə çevrilib. Solovyovlar, skabeyevalar, simonyanlar və digərləri artıq dövlət siyasətinə ciddi təsir edəcək gücə çatıblar.
    Lakin raket terrorunun Rusiya üçün yalnız təbliğati effekti olacaq. Bu tip cinayətkar əmrlər və əməllər Ukrayna xalqının və ordusunun mübarizə əzmini daha da artıracaq, eyni zamanda müttəfiqlərin bu ölkəyə daha ciddi silah sistemləri göndərməsinə səbəb olacaq”.

Şayəstə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

AŞPA prezidentindən Bakı və İrəvana çağırış

Next Post

Rusiya raketləri Moldovaya uçdu

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Rusiya raketləri Moldovaya uçdu

Rusiya raketləri Moldovaya uçdu

Ermənistan XİN: Paşinyanın Türkiyəyə səfəri müzakirə olunmur

Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.