“Moskva və Kiyev Ukraynadakı münaqişənin həlli üçün Afrika ölkələrindən ibarət nümayəndə heyətini qəbul etməyə razılaşıblar”.
Elchi.az mk.ru-ya istinadən xəbər verir ki, bu sözləri Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramaposa Sinqapur hökumətinin başçısı Li Hsien Lun ilə danışıqlardan sonra deyib.
“Rusiya Federasiyasının prezidenti Vladimir Putin və mənim təmasda olduğum Ukrayna prezidenti Volodimir Zelenski bir sıra Afrika dövlətləri başçılarının Moskva və Kiyevdəki missiyasını qəbul etməyə razılaşıblar”.
Ramaposa bu təşəbbüslə bağlı Quterreşə, eləcə də Afrika İttifaqının rəhbərliyinə məlumat verildiyini bildirib. O, həmçinin qeyd edib ki, Cənubi Afrikadan başqa, təşəbbüs qrupuna Misir, Zambiya, Konqo Respublikası, Seneqal və Uqanda daxildir.
Cənubi Afrika prezidentinin sözlərinə görə, Afrika ölkələri Ukrayna böhranına son qoymaqda maraqlıdır, çünki bu, ərzaq və yanacağın qiymətlərinin artmasına səbəb olub.
Xatırladaq ki, mayın 14-də Ramposa Putinlə telefonla danışdığını və ona Afrika liderlərinin atəşkəs təklifi barədə danışdığını iddia edib. Şənbə günü isə Cənubi Afrika lideri Zelenski ilə danışıb.
Yeganə





