Ramazanda toy etmək olar?

>

Bunu da oxuyun

Ramazan ayının başlaması ilə şadlıq evlərinə toy üçün müraciət edənlər demək olar ki yoxdur. İlahiyyatçılar isə bildirir ki, islam dinində Ramazan ayında toy etmək qadağası yoxdur.

Elchi.az  Xezerxeber-ə istinadən xəbər verir ki, paytaxtın bir sıra şadlıq evlərinə baş çəksək də menecerlər toy sifarişi almadıqlarını deyirlər.

Hətta bəzi şadlıq saraylarının ümumiyyətlə qapısı da bağlı idi.

İlahiyyatçılar bildirir ki, islam dini Ramazanda toy etməyi qadağan etmir.

İlahiyyatçı Mirhəmid Məmmədov ramazan ayında iftara qədər toy, qonaqlıq və digər yeməkli məclislərin keçirilməsinin qadağan olunduğunu bildirir.

Onu da qeyd edək ki, Ramazan ayı adətən qış aylarında olanda gün qısa olduğuna görə toy edənlər daha çox olur. Ancaq yay aylarında iftar gec açıldığına görə toyun qısa keçməməsi üçün adətən bu vaxtlarda toy etmirlər.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728