"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Ramil Səfərov Bakıya gedən gün türmədən eyni vaxtda 14 qara maşın çıxdı…” – bir əməliyyatın sirri

02 Aprel 2016 - 10:06
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Ramil Səfərov Bakıya gedən gün türmədən eyni vaxtda 14 qara maşın çıxdı...” – bir əməliyyatın sirri

Azərbaycanlı zabitin ekstradisiyasının müdhiş pərdəarxası, detallar, gizli məqamlar; əməkdaşımız azərbaycanlı zabitin saxlandığı türmədən yazır…

“Yeni Müsavat”ın müxbirinin mart ayında Macarıstana gerçəkləşdirdiyi  səfərin ən maraqlı fraqmenti Ramil Səfərovun cəza çəkdiyi müəssisədə olması idi. Daha dəqiq desək, müəssisənin həyətində, onun yerləşdiyi küçədə olduq. Ən önəmlisi isə erməni zabitini qətlə yetirən zabitimizin həbs günləri barədə bilinməyənləri öyrəndik. Bu məsələdə isə bizə yardımçı olan heç şübhəsiz ki,  “Qardaşlıq” Macar-Azəri Birgə Cəmiyyətinin sədri Ramiz Əmirli oldu. 
DOSYE: Ramil Səfərov 25 avqust 1977-ci ildə Cəbrayıl rayonunda dünyaya gəlib. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olub. 1992-ci ilin sentyabrında ARMN-in sərəncamı ilə təhsilini davam etdirmək üçün Türkiyənın İzmir şəhərinə göndərilib. Maltəpə hərbi liseyini müvəffəqiyyətlə bitirdikdən sonra Ankara Ali Hərbi Məktəbinə daxil olub və hərbi təlim kursları keçib. 2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər MN-in sərəncamı ilə Gədəbəydəki “N” saylı hərbi hissədə tağım komandiri vəzifəsində qulluq edib. 2002-ci ilin mart ayında MN-in sərəncamı ilə H.Əliyev adına AHKM-ə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib. 2004-cü ilin yanvar ayında MN-in sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub.
Vətənə dönməyə 20 gün qalmış – fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini qətlə yetirib. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.
2012-ci ilin 31 avqustunda isə azərbaycanlı zabit xüsusi reyslə Vətənə dönüb. O, Budapeştdən Azərbaycana yola salınıb, ekstradisiya olunub. Hələ təyyarədə ikən R.Səfərov Azərbaycan prezidenti İlham Əliyev tərəfindən əfv olunaraq azadlığına qovuşub. Azərbaycan Respublikasının öz zabiti uğrunda beynəlxalq səviyyədə verdiyi mücadilə ölkə ictimaiyyəti tərəfindən böyük təqdir qazanıb. Hətta müxalifət düşərgəsi də İlham Əliyevin bu addımını təqdir edib  və dəstəkləyib.
 
Lakin bir sıra güclər və xüsusilə də Ermənistan tərəfi bu prosesdən şikayətçi olub. Azərbaycan zabiti Ramil Səfərovu həbsxanada öldürtməyə qədər plan quran erməni lobbisi bu cür məğlubiyyətlə hələ də barışmaq istəmir…  
Bura qədəri ilə Azərbaycan oxucusu məlumatlıdır. Bəs həbs günləri, türmədəki yaşantıları…? Bu barədə Azərbaycan oxucusu nisbətən az məlumata malikdir.
Budur, Budapeştin Kozma küçəsində yerləşən ömürlük məhbusların saxlandığı türmə… Məftillərlə əhatə olunub. Sakit küçə, 10 dəqiqədən bir maşın keçər, ya keçməz. Biz çəkiliş etdiyimiz müddətdə isə türmənin kameralarından boylanan məhbuslar öz dillərində nəsə qışqırırlar. “Yəqin çəkilişdən narazılıq var”,  düşünürük: R.Əmirli deyir ki, ömürlük məhbuslar öz dillərində bizi salamlayır, “bizi də unutmayın”, deyirlər.
 
Biz isə müsahibimiz Ramiz Əmirli ilə R.Səfərovun bu divarlar arasında keçən günlərini danışır, onları yada salırıq: 
– Ramil Səfərov bura NATO-nun əməkdaşlığı çərçivəsində gəlmişdi. Orda ermənilər də olub. Futbol oynayan zaman ermənilər topu onun üzünə vurur, qəhqəhə çəkib Azərbaycan barədə danışırmışlar. Hətta Ramilə “sənin oxumaq vaxtın deyil, torpağını azad etmə vaxtındır”, “sizin qızlarınızı hamilə qoymuşuq, inşallah, doğulan uşaqlar gəlib müharibədə sizinlə üzbəüz vuruşarlar”, deyirmişlər. Çox təhqiramiz şeylər olub hamısı. Ən sonuncu dəfə isə Qurgen adlı erməni zabiti ayaqqabısını bayrağımızla  ilə silib, zibil yeşiyinə atmışdı.
Ramil hətta yataqxananın rəhbərliyinə bu barədə şikayət də etmişdi. Yəqin ki, onlar lazımi tədbir görsəydilər, sonuc fərqli olardı. Qətl günü isə belə olub. Ramil mənə danışırdı ki, gördüm, bir-iki dəfə vurmaqla heç nə düzəlməyəcək. Ona görə də qərar verdim ki, bu məsələni kökündən həll edim. Balta alıb mağazadan, otağına girib. Davamını bilirsiniz…
 
– Bəs həbs günləri necə keçib? Depressiya, gərginlik…?  
– Depressiya təbii ki, olacaqdı. Burda bizim kimimiz var idi ki? Tək vəkil Adil İsmayılovun orda bir neçə ay oturması ilə nə olacaqdı ki? Gərək vəkil yerli olaydı, işi birbaşa həll edəydi. Ermənilər də o vaxt məsələni belə qabartdılar ki, ömürlük həbs verilməlidir.  Bu məsələdə zəif olduq.
– Bəs  diaspora?
– Nə diaspora? Diasporanı –  məni həmin vaxt Bakıda türməyə salmışdılar. Cibi boş diaspora nə edə bilər ki?
 
– İçəridə ona ciddi təzyiqlər olub? 
– Bəli, onu sındırmaq istəyiblər. Amma həmin vaxt orda heç kimimiz yox idi. Kim onun yanına gedəcəkdi? Sonra mən gəldim, macar dostlarımın köməyi ilə içəri ilə əlaqələr, dostluqlar qurduq. Onun ürəyi istəyən formada təminatını qurduq. Hətta orda yatan bir məşhur aktyor Ramil Səfərovla görüşmüşdü. Demişdi ki, vətənin naminə belə bir iş törətmisən, sənə halal olsun. Yəni biz təbliğatı Ramilin xeyrinə qurduq.
– Türmədə Ramil Səfərovun maddi şəraitinin, vəziyyətinin yaxşı olması üçün nələr edilirdi?
 

– Səfirimiz hər ay ona bəlli məbləğdə pul göndərirdi. Ərzaq da aparılırdı. Biz onunla əlaqəyə girdik. Mən bura gələndən 2-3 ay sonra artıq Ramilin çıxarılması üçün razılıq aldıq. Artıq bu işin burda “hə”sini ən yüksək səviyyədə aldıq. Amma səfirimiz Həsən Həsənovun adından konsul Eldar Əliyev zəng etdi. Dedi ki, “bizə sızan məlumatlara görə, bu işlə məşğulsuz. Səfirin, dövlətin adından sizə deyirik ki, bu işdən vaz keçməlisiz, onunla biz məşğul olacağıq”. Dedim ki, bu işdən məni vaz keçirməyə haqqınız yoxdur. Məqsədim eloğluma yardım etməkdir. 2 ay sonra Həsən Həsənovu Macarıstandakı səfirlikdən Polşaya göndərdilər.
– Yəqin ki, türmədən tez-tez zəng edirdi sizə… 
– Təbii. Ramil gündə 3-4 dəfə zəng edirdi. Onun türməsi də yaxşı idi, şəraiti də.
– Bəs Ramil Səfərovun Azərbaycana qaytarılması prosesi nə zamandan aktivləşdi, inandırıcılıq qazandı? 
– Cəhdlər çox idi, amma hamısı uğursuz idi. Bizə deyirdilər ki, bunu ağlınıza da gətirməyin. Heç zaman bu, inandırıcı olmayıb.  Professor İlham Rəhimov, səfirimiz inanırdı, çünki danışığın içində idilər. Ən ciddi səviyyədə məsələyə 2010-cu ilin axırında start verildi. O zaman bu işin “hə”sini almışdıq. Amma razılıq almaqla iş bitmir ki. Burda dövlətin də rəyi əsasdır, onun razılığı olmalıdır. Bu məsələdə isə professor İlham Rəhimova müraciət etmişəm. O da şəxsi təyyarəsi ilə bura gəlib, araşdırıb, ondan sonra azadlığa çıxma prosesi sürətləndi. Sənədlərinin hazırlanması, prosedurun həyata keçirilməsində addım-addım iştirak etmişəm. Hətta Ramilin atası Sahib kişi də buna inanmırdı.
Zəruri qeyd: Professor İlham Rəhimov həmin vaxtlar mətbuata açıqlamasında bildirib ki, proseslərdə prezident İlham Əliyevin tapşırığı ilə iştirak edib, Azərbaycan dövlətinin maraqlarını təmsil edib.
– Ramil türmədən çıxan gün siz də hadisələrin içində idiz? 
– Türmədən çıxmağına 10 gün qalmışdan mənim yuxularım çəkilmiş, qarın ağrılarım başlamışdı. O bilirdi ki, 5-ci gün saat 3-ün yarısında türmədən çıxacaq. Hətta ona demişdik ki, amandı, hiss olunmasın çıxacağın, sən həmin gecə yat. Ancaq o sevindiyindən yata bilməmişdi (gülür). Otağını yığışdırıb, əşyalarını bir yerə toplayıb. Gəlib qapısını döyəndə isə görüblər ki, içəridə hazırdır. “Niyə oyaqsan”, soruşublar, otağını yığışdırdığını deyib. Onu maşına mindirdilər, eyni vaxtda türmədən 14 qara maşın çıxdı. Onlardan 7-si sağa, 7-si sola buruldu. Onu aparacaq özəl təyyarəmiz şəhərə enmişdi. Hətta o, burdan gedənə qədər iki dəfə maşından düşürülüb, paltarını dəyişdirdilər.
– Nə üçün? 
 

– Ola bilərdi ki, paltarında nəsə olsun, izlənilsin. Bu da kəşfiyyat işi idi. Hətta o gedib maşından düşürülüb, təyyarəyə yaxınlaşanda belə ehtiyatı əldən verməyiblər. Təyyarədə onu qarşılayan azərbaycanlıların gerçəkdən bizimkilər olduğundan əmin olmaq üçün Ramilə deyiblər ki, “onlardan öz dilində nəsə soruş, gör ləhcələrindən nə hiss edəcəksən? Təmiz danışırlar? Gerçək azərbaycanlıdılar?” Onların belə xəfiyyə ola biləcəyi ehtimalını nəzərə alıblar.
– Siz onunla getmədiz… Burda qaldız. 
– Mən onunla hara gedə bilərdim? O gedəndən sonra mənim burdakı evimi 7 gün bu ölkənin MTN-i qoruyub.  Heç yerə gedə bilməzdim. Bu işə görə ailəmin yuxuları qaçmışdı. Hamısı narahat idi ki, bu işə görə ailəmi məhv edə bilərdilər. Mən onun getməyinə 9 gün qalmış bilirdim ki, təyyarə hara enəcək, necə gedəcək. Hətta mən onun nişanlısına da yazmışdım ki, “ağ atlı oğlanını filan tarixdə, filan saatda Bakıya yola salacağıq”. Atası isə deyirdi ki, “Ramiz, sən məni boş şeylərlə dəli eləyəsisən”.
– Bəs indiki yoldaşı ilə tanışlıq hekayəsi necə olub? Bu barədə də mediada fərqli hekayələr danışılır. 
– Mən bilirəm ki, onlar məktublaşıblar. Qız onu gözləyib. Hətta evlərində paxlava bişirib, ona türməyə yollamışdı.
– Toylarında isə olmamısız… 
– Gərək onların toyu da mənsiz olmayaydı. Mən ora dəvət olunmalıydım. Nə qədər gizli keçirilsə də, mən də orda iştirak etməliydim.
Sevinc TELMANQIZI
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

FHN-lə 1 aprel zarafatı – Zəng vurub aldatdılar

Next Post

Barak Obama: “Rusiya nüvə silahsızlaşdırılmasının davam etdirilməsinə razılıq vermir”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Barak Obama: "Rusiya nüvə silahsızlaşdırılmasının davam etdirilməsinə razılıq vermir"

Pentaqon özünü dağıtmağa mütəxəssis axtarır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.