"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ramil Usubov: “Bu, İrəvanın son şansıdır”

14 İyun 2022 - 09:32
in XƏBƏR LENTİ

“Prezident İlham Əliyev Naxçıvana açılacaq birbaşa quru yol dəhlizinin alternativ variantı ilə sübut etdi ki, Cənubi Qafqazda əsas güc mənbəyi, söz sahibi Azərbaycandır və heç bir maneə onu hədəflərindən çəkindirə bilməz. Ölkəmiz indi Ermənistanı qlobal layihələrdə iştirak imkanından növbəti dəfə təcrid edə bilər. Bu, İrəvanın son şansıdır və o, bu layihədən kənarda qalmaqla iqtisadi-sosial böhrandan xilas üçün yeganə imkanı da itirmiş olacaq”.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Elchi.az xəbər verir ki, bu fikirləri Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov rəsmi mətbuata müsahibəsində deyib.

Ramil Usubov qeyd edib ki, Ermənistanın təslimçilik aktını imzalamasından sonra Azərbaycan və Ermənistan rəhbərləri arasında Rusiya, Avropa İttifaqı Şurası və Fransa prezidentlərinin təşəbbüsü ilə real və onlayn formatda 7 görüş keçirilib: “Fakt odur ki, danışıqların və sülh gündəliyinin məzmununu birmənalı olaraq cənab İlham Əliyev müəyyən edir. Müzəffər Komandan danışıqlar masasında da çevik və zəngin diplomatik məharəti ilə regionda yaratdığı yeni reallıqların prinsiplərini, Azərbaycanın milli maraqlarını tam ifadə edir. Hər görüşə Prezident İlham Əliyev konkret və dəyişməz şərti ilə gedir. Artıq müzakirələrdə cənab Prezidentin tələbi ilə “Dağlıq Qarabağ münaqişəsi”, “status” kimi ifadələrdən istifadə edilmir, yəni onlar tarixin arxivinə gömülüb”.

Vətən müharibəsindəki zəfəri postmüharibə dövründə diplomatik qələbələrlə davam etdirən Azərbaycan Prezidenti regionda sülhün, təhlükəsizliyin və inkişafın təmin olunmasına dair təkliflərini təqdim edib: “Bölgədə sülh və etimadın təşviqi, I Qarabağ müharibəsində itkin düşmüş şəxslərin müəyyənləşməsi, ərazilərin minalardan təmizlənməsi, kommunikasiya-nəqliyyat xətlərinin açılması və müvafiq infrastrukturun yaradılması, gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı fəaliyyət əsasında təmin olunması, ərazidə reabilitasiya və rekonstruksiya işlərinin aparılması, birgə iqtisadi əməkdaşlıq platformasının yaradılması və digər bu kimi məsələlər danışıqların mühüm mövzularıdır.

Ancaq indi ilkin hədəf sülh müqaviləsi üzrə danışıqlara başlamaq və sərhədlərin delimitasiya-demarkasiyası ilə bağlı müzakirələri keçirməkdir. Artıq müvafiq dövlət komissiyasının tərkibi hər iki tərəfdə təsdiq olunub və sərhəd ərazisində ilk görüş keçirilib. Düzdür, Ermənistan bir neçə ay bu görüşü ləngitdi, danışıqlardan yayındı, ancaq nəticə etibarilə müzakirə masasına oturmağa məcbur oldu”.

R.Usubovun sözlərinə görə, növbəti mərhələ Zəngəzur dəhlizinin açılmasıdır ki, artıq İrəvan burada da maneə yaratmaq imkanlarını itirir: “Bu prosesdə də möhtərəm Prezidentin yüksək diplomatik məharəti əsas rol oynayır. Onun təşəbbüsü ilə İranla imzalanan anlaşma memorandumu əsasında, İran-Ermənistan sərhədindən 5 kilometr cənubdan keçərək Şərqi Zəngəzur ilə Naxçıvanı birləşdirən yeni nəqliyyat qovşağı çəkiləcək. Dəmiryol xəttindən, çoxzolaqlı avtomobil şosesindən, elektrik enerji ötürmə xətlərindən, rəqəmsal rabitə və başqa elementlərdən ibarət olacaq yeni nəqliyyat arteriyası Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın manevrlərini tam əhəmiyyətsiz edir. Ermənistan hakimiyyəti belə düşünür ki, yeni nəqliyyat qovşağı məsələsində guya üstün mövqedədir və şərtləri o diktə etməlidir. Ancaq möhtərəm Prezidentimiz cəmi 5 kilometr coğrafi fərqlə bu nəqliyyat qovşağının istifadəyə veriləcəyini bəyan etdi və Ermənistan növbəti dəfə hesablarında yanıldı”.

“Bölgədə formalaşan yeni təhlükəsizlik arxitekturasında cənab Prezident alternativ variantlar vasitəsilə sabitlik və inkişaf prosesini həm nə vaxtsa yaranacaq risklərdən qoruyur, həm də Azərbaycanın mürəkkəb situasiyalarda çoxgedişli manevr imkanlarını artırır.

Bu kontekstdə Azərbaycan Prezidentinin müdrik diplomatik bacarığının daha bir nümunəsi olan sənədə toxunmaq istərdim. Dövlət başçımızın cari ilin fevralında Rusiya Prezidenti ilə imzaladığı “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” dövlətlərarası münasibətləri regional və beynəlxalq təhlükəsizliyin, sabitliyin təmin edilməsinə və möhkəmləndirilməsinə töhfə verəcək keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırdı. Rusiyanın bölgəmizdə oynadığı rolu, tutduğu strateji mövqeyi nəzərə alsaq, bu fövqəldövlətin qlobal və regional miqyasda sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə Azərbaycanla qarşılıqlı fəaliyyət göstərəcəyi öhdəliyini götürməsi böyük diplomatik nailiyyətdir”, – Azərbaycan Təhlükəsizlik Şurasının katibi əlavə edib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan yığması Belarusa qalib gəlib

Next Post

Azərbaycan nefti cüzi ucuzlaşıb

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post
Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

Kəlbəcərdə əsgərimiz faciəvi şəkildə həlak oldu

Kəlbəcərdə əsgərimiz faciəvi şəkildə həlak oldu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.