"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rasim Əliyevin qətli və “komplo teoriləri”

19 Avqust 2015 - 09:56
in XƏBƏR LENTİ

 Rasim Əliyevin qətli və “komplo teoriləri”

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Əvəz Zeynallı: “Rasim Eminin Azərbaycandakı son günlərində ona yardım etmişdi”; Mehman Əliyev: “O, sakit, fağır adam idi, onu RATİ-yə formal olaraq sədr seçdilər”

Jurnalist Rasim Əliyevin döyüldükdən sonra xəstəxanada vəfat etməsi hələ də cəmiyyətin əsas müzakirə mövzularından biridir. “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı R.Əliyevin müxalif fikirli olduğuna diqqət çəkir.

“Yeni Müsavat”a açıqlamasında Ə.Zeynallı bildirdi ki, o, R.Əliyevin birmənalı şəkildə jurnalist olduğu, kimlərisə narahat etdiyi üçün döyülüb öldürülməsi versiyasının irəli sürmür. Amma müsahibimizin fikrincə, R.Əliyev müxalif düşərgəyə mənsub idi və ona sağlığında xeyli hədə-qorxular gəlinib: “Hətta o, bu hədə-qorxularla bağlı bir müddət əvvəl Daxili İşlər Nazirliyinə də müraciət edib. Ona çəkdiyi fotolar, videolar, RATİ-dəki fəaliyyəti ilə bağlı dəfələrlə hədə-qorxu gəlinib”. 
Ə. Zeynallı bu tezislə bağlı hazırda İsveçrədə olan RATİ sədri Emin Hüseynovla danışdığını xatırlatdı. Müsahibimizin sözlərinə görə, R.Əliyev ötən ilin oktyabrından RATİ-nin sədri imiş: “Getməzdən əvvəlki son günlərində Eminin Bakıda da müəyyən macərası olub, qaçma-gizlənmə kimi. Həmin vaxt onun yanında Rasim Əliyev olub. Emini bütün həyatını təhlükəyə qoyaraq qaçıran, gizlədən, onu sonra İsveçrə səfirliyinə salan Rasim olub. Söhbət onun hansısa gücə malik olmasından daha çox, etibarlı adam olmasından gedir. O, kritik zamanda əlindən gələni edib. Emin ona çox etibar edirmiş”.
Ə. Zeynallı dedi ki, E. Hüseynovla bu mövzuda söhbətdən bir gün sonra RATİ bəyanat yayıb. Həmin bəyanatda da R.Əliyevin qətlinin siyasi olması, bunda onun RATİ sədri kimi rəsmən təsdiqlənməsinin də rol alması qeyd olunub: “İşin bir başqa tərəfi Rasimi döyənlərdir. Onlar ciddi himayəsi olan adamlardır. Cavid Hüseynovun azadlığa buraxılması üçün müəyyən jurnalistlərin müraciəti də bu prosesin sıradan olmadığını göstərir. Axı bu günə qədər nə qədər redaktor, jurnalist tutulub. Nəyə görə bu şəxslər həmin həmkarları ilə bağlı belə bəyanat yaymayıblar? Amma istintaq altında olan hansısa idmançıya bu diqqətin səbəbi nədir? Birmənalı şəkildə demək olmaz ki, Rasimin qətli kiminsə sifarişidir. Amma uzun müddətdir ki, Rasimə qarşı Emin Hüseynov üzərindən fokuslaşdırılan bir şey planlaşdırılmış ola bilərdi. Bu futbolçu məsələsi də həmin ərəfəyə təsadüf etdi. Təbii, problem çıxanda onunla həll edirlər. Prezidentin də tapşırığı var – 6 həbs göstərir ki, bu, sıradan məsələ deyil.  Bu versiyaların hamısı öyrənilməlidir.  Bəzi jurnalistlərin son bəyanatı da narahatçılığın səviyyəsini göstərir. 5 adamın haqq-hesabı nədir ki, bütün tanınmış jurnalistlərə əlcək atılır? Bütün hallarda Rasimi daxili hesablaşmanın qurbanı hesab edirəm”.
 
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev də hesab edir ki, bu siyasi qətldir. Amma o, bunu konkret R.Əliyevin fəaliyyəti, eləcə də E.Hüseynova bağlılığı ilə əlaqələndirmir. Onun fikrincə, ümumən sözügedən qətli Azərbaycanda baş verən proseslərin, mediaya qarşı basqıların fonunda qiymətləndirərkən ortaya belə nəticə çıxır: “Dövlət başçısı İlham Əliyev jurnalistin döyülməsində iştirak edən şəxslərin ən sərt şəkildə cəzalandırılacaqları barədə vəd verməklə, həm də hakimiyyətin Azərbaycanda söz və ifadə azadlığını qoruduğunu nümayiş etdirdi. Amma Elmar Hüseynovun,  Rafiq Tağının qətlinin üstünün açılmaması, jurnalistlərə və habelə onların qohumlarına qarşı məhkəmə təqibləri və fiziki zorakılıqlar göstərir ki, söz azadlığını qorumaq haqda bəyanatlar deklarativ xarakterlidir. Hakimiyyət mövcud duruma narazılıqlarını bildirən 13 jurnalist və bloggeri həbsdə saxlayır, eyni zamanda öz nəzarətində olan KİV-lərin təmsilçilərinə nümayişkaranə şəkildə görünməmiş güzəşt və üstünlüklər təqdim edir. Söz azadlığı görünməmiş dərəcədə hücum və təqiblərə məruz qalır, qorxu həddi isə jurnalistlər arasında görünməmiş miqyasa çatıb”.
Müsahibimiz hesab edir ki, bu qətldə E.Hüseynov və RATİ faktorunun hər hansı əlaqəsi görünmür. M.Əliyevin sözlərinə görə, o versiyanı təsdiqləmək üçün Rasimin özü Emin Hüseynov qədər aktiv olmalı, hakimiyyəti qıcıqlandırmalı idi: “Amma o, sakit, fağır adam idi. Üstəlik, onu RATİ-yə formal olaraq sədr seçdilər, Ədliyyə Nazirliyində yenidən qeydiyyatdan keçirmək üçün. Rasim hardasa bəyanatlar, açıqlamalar verib? Hakimiyyəti tənqid edən çıxışları olub? Yox. Sadəcə, bütün araşdırmalar göstərir ki, ümumən ölkədə söz və mətbuat azadlığına olan basqının növbəti qurbanı da Rasim oldu. Ona görə də bu, siyasi qətldir”.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

ABŞ Gürcüstana 20 milyon dollar həcmində hərbi yardım edəcək

Next Post

Bakıda saxta forma hazırlayan sex tapıldı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Bakıda saxta forma hazırlayan sex tapıldı

Sneijder DURDURULAMIYOR !

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.