Jurnalist Rauf Mirqədirovun məhkəmə qərarı olmadan qanunsuz olaraq iki sutka həbsdə
saxlanılması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərilib. Bu barədə vəkil Elmar Süleymanov Amerikanın Səsinə bildirib.
saxlanılması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərilib. Bu barədə vəkil Elmar Süleymanov Amerikanın Səsinə bildirib.Rauf Mirqədirov 2014-cü il aprelin 19-da Türkiyədən deportasiya olunduqdan sonra saxlanılıb. O, Ermənistanın xeyrinə casusluq etməklə dövlətə xəyanətdə ittiham olunur.
Jurnalist ittihamları rədd edərək absurd və siyasi motivli hesab edir.
2014-cü il aprelin 21-də məhkəmə jurnalistin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. İyulun 15-də onun həbs müddəti daha 4 ay uzadılıb. Mirqədirovun həbs müddəti noyabrın 19-da başa çatmasına baxmayaraq məhkəmə yalnız noyabrın 20-də həbs müddətini 5 ay uzadıb.
Vəkil Fuad Ağayev isə fevralın 2-də Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan Rauf Mirəqdirovla görüşüb.
Vəkil “Amerikanın Səsi”nə jurnalistin səhhətinin kafi lduğunu bildirib.
Onun sözlərinə görə, Mirqədirovla bağlı istintaq hərəkətləri aparılmır.
Rauf Mirqədirov ona “Azadlıq”, “Yeni Müsavat” qəzetlərinin verilməməsindən narahatdır.
“Təcridxanada hər gün ona “Azərbaycan”, “Xalq”, “Respublika”, “Yeni Azərbaycan”, “Səs”, “İki sahil” qəzetlərindən biri verilir. Ona hər hansı müxalif yönümlü qəzet verilmir. Rauf Mirqədirov bundan çox narazıdır”, vəkil qeyd edib.



