"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rayon maşınlarının Bakıya girişinə məhdudiyyət qoyulacaq

25 İyul 2015 - 13:52
in XƏBƏR LENTİ

Rayon maşınlarının Bakıya girişinə məhdudiyyət qoyulacaq

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Kamran Əliyev: “Bakının girişində tikiləcək ödənişsiz duracaqlar yük avtomobilləri ilə bərabər, minik avtomobilləri üçün də nəzərdə tutulub”

“Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” qərarına əsasən icazə verilən maksimum kütləsi 5 tondan artıq yük avtomobillərinin saat 07:00-dan 22:00-dək paytaxta girişinə müəyyən məhdudiyyətlər tətbiq ediləcək. Eyni məhdudiyyətlər rayon qeydiyyatında olan minik avtomobilləri üçün də tətbiq ediləcək”.
Bunu APA-ya açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbə rəisi Kamran Əliyev deyib.
K. Əliyev bildirib ki, Daxili İşlər Nazirliyinin 2015-ci il sentyabrın 1-dək tikib başa çatdıracağı şəhərin cənub və şimal istiqamətlərindən giriş ərazilərə yaxın yerlərdə bütün zəruri şəraiti olan ödənişsiz duracaqlar yük avtomobilləri ilə bərabər, minik avtomobilləri üçün də nəzərdə tutulub: “Minik və ya yük təyinatlı olmasından asılı olmayaraq, məhdudiyyətlər tətbiq ediləcək avtomobillərin paytaxtın giriş hissələrində təşkil edilmiş və hər bir lazımi şəraitlə təchiz olunmuş duracaqlarda ödənişsiz saxlanılması, sürücülərin və sərnişinlərin avtobuslarla ən yaxın metro stansiyasına çatdırılması təmin olunacaq”.
Qeyd edək ki, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” qərar qəbul edib. Qərara əsasən, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, Nəqliyyat Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici, həmçinin kənd təsərrüfatı məhsullarını daşıyan bütün növ nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, icazə verilən maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin hərəkəti Bakı şəhərində mayın 1-dən oktyabrın 1-dək səhər saat 07:00-dan axşam saat 22:00-dək, oktyabrın 1-dən mayın 1-dək səhər saat 07:00-dan axşam saat 21:00-dək məhdudlaşdırılacaq. Gündüz saatlarında kütləsi 5 tondan artıq olan yük avtomobillərinin hərəkəti isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası ilə razılaşdırılmaqla, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xüsusi icazələri əsasında təşkil ediləcək. Daxili İşlər Nazirliyi, Nəqliyyat Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və Abşeron Rayon İcra Hakimiyyəti Bakı şəhərinə respublikanın şəhər və rayonlarından, həmçinin ölkə xaricindən gələn ümumi istifadədə olan nəqliyyat vasitələri istisna olmaqla, digər növ avtonəqliyyat vasitələri üçün şəhərin cənub və şimal istiqamətlərindən giriş ərazilərə yaxın yerlərdə bütün zəruri şəraiti olan ödənişsiz duracaqların təşkili ilə bağlı təklifləri üç gün müddətində Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təqdim etməlidirlər. Eyni zamanda, Bakı şəhərinə gələn taksi avtomobilləri üçün şəhərə daxil olmadan çatma məntəqəsi kimi Bakı Beynəlxalq Avtovağzalı təyin olunub.  Daxili İşlər Nazirliyinə duracaqların tikintisini 2015-ci ilin sentyabrın 1-dək başa çatdırmaq, Nəqliyyat Nazirliyinə isə duracaqlardan istifadə edən sürücülərin və sərnişinlərin Bakı şəhərinin daxilinə çatdırılması üçün avtobus və taksi dayanacaqlarının və müvafiq avtobus marşrutlarının təşkilini təmin etmək tapşırılıb.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

PKK 15 fəhləni girov götürdü

Next Post

Avropa Azərbaycan üçün artiq keçmişdir?

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Avropa Azərbaycan üçün artiq keçmişdir?

Dünyanın ən sakit və ən təhlükəli ölkələri

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.