"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rays və Qeytsdən Putinlə bağlı sensasion açıqlama

08 Yanvar 2023 - 17:11
in DÜNYA

Ukraynadakı müharibə ilə bağlı hazırda əmin ola biləcəyimiz şey müharibə və dağıntıların davam edəcəyidir.

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Elchi.az xəbər verir ki, bu sözlər ABŞ-ın sabiq dövlət katibi Kandaliza Rays və Pentaqonun sabiq rəhbəri Robert Qeytsin “Vaşinqton Post”da yayımlanan birgə məqaləsində əks olunub.

“Vladimir Putin bütün Ukraynanı yenidən Rusiyanın nəzarəti altına qaytarmağa, bunu bacarmasa, onu ölkə kimi məhv etməyə tam qərarlıdır. Putin hesab edir ki, onun tarixi missiyası Rusiya imperiyasını bərpa etməkdir – Ukraynasız isə, Zbiqnev Bjezinskinin uzun illər əvvəl qeyd etdiyi kimi, Rusiya imperiyası ola bilməz.

Hər ikimiz Putinlə dəfələrlə görüşmüşük, əminik ki, o, vaxtın onun tərəfində olduğunu hesab edir, düşünür ki, ukraynalıları və ABŞ və Avropanın birliyini, Ukraynaya dəstəyi parçalamağa nail olacaq. Əlbəttə, müharibə müddətində Rusiya iqtisadiyyatı zərər görəcək, ruslar əziyyət çəkəcəklər, ancaq ruslar bundan da pis günlər görüblər.

Putin üçün məğlubiyyət variantı yoxdur. O, Rusiyanın tərkib hissəsi elan etdiyi Ukraynanın 4 vilayətini geri qaytarmayacaq. Əgər o, bu il hərbi uğura nail olmasa, Ukraynanın şərqində və cənubunda mövqeləri nəzarətdə saxlayacaq ki, növbəti hücumlar üçün plasdarm kimi istifadə etsin, Ukraynanın Qara dəniz sahillərini və bütün Donbas regionunu nəzarət altına alsın, daha sonra isə qərbə doğru hərəkət etsin. İnanın ki, bu məqsədlər üçün Putin səbirli davranacaq.

Yeri gəlmişkən, Ukrayna hücuma məruz qalarkən qəhrəmancasına reaksiya verdi, Ukrayna ordusu özünü parlaq şəkildə göstərdi, buna baxmayaraq, ölkə iqtisadiyyatı tənəzzüldədir, milyonlarla insan qaçıb, infrastrukturu məhv edilib, mineral ehtiyatlarının, sənaye imkanlarının və kənd təsərrüfatı torpaqlarının çox hissəsi Rusiyanın nəzarəti altındadır. Ukraynanın hərbi potensialı və iqtisadiyyatı hazırda tam şəkildə Qərbdən – ilk növbədə, ABŞ-dan asılıdır. Ukraynanın Rusiya qüvvələrinə qarşı daha böyük irəliləyişi və uğuru olmayacağı təqdirdə Qərbin Ukraynaya atəşkəslə bağlı danışıqlar aparmaq üçün təzyiqi olacaq. Mövcud şəraitdə istənilən atəşkəs razılaşması Rusiya qüvvələrini hazırlaşmaq və işğalı bərpa etmək üçün güclü mövqedə qoyacaq. Bu, qəbuledilməzdir.

Birləşmiş Ştatlar və onun müttəfiqləri üçün belə bir ssenaridən qaçmağın yeganə yolu təcili olaraq Ukraynaya hərbi təchizat və imkanların kəskin şəkildə artırılmasıdır – bu, Rusiyanın yeni hücumunu məhdudlaşdırmaq və Ukraynaya Rusiya qüvvələrini şərq və cənuba sıxışdırmaq üçün kifayətdir.

Konqres bu cür dəstəyi təmin etmək üçün kifayət qədər pul ayırdı; indi bizə ABŞ və onun müttəfiqlərinin ukraynalıları ehtiyac duyduqları əlavə hərbi texnika, ilk növbədə mobil zirehli texnika ilə təmin etmək qərarları lazımdır. ABŞ-ın “Bradley” döyüş maşınlarının tədarükü ilə bağlı qərarı təqdirəlayiqdir – baxmayaraq ki, çox gecikib. Amerikanın “Abrams” ağır tanklarının göndərilməsi ilə bağlı ciddi logistik problemləri olduğundan, Almaniya və digər müttəfiqlər bu ehtiyacı ödəməlidir.

NATO üzvləri ukraynalıları daha uzaqmənzilli raketlər, qabaqcıl pilotsuz təyyarələr, əhəmiyyətli sursat ehtiyatları (o cümlədən artilleriya mərmiləri), əlavə kəşfiyyat və müşahidə vasitələri və digər avadanlıqlarla təmin etməlidir. Bunu aylar yox, həftələr içərisində etmək lazımdır.

Hələ də Konsres üzvləri və digər şəxslər ictimai şəkildə bu sualı verirlər: “Bu, niyə bizi narahat etməlidir? Bu, bizim mübarizə deyil”.

Lakin ABŞ 1914, 1941 və 2001-ci illərdəki təcrübədən bilir ki, əsassız təcavüz və qanunun aliliyinə və beynəlxalq nizama qarşı hücumlara göz yummaq olmaz. Sonda təhlükəsizliyimiz təhdid edildi və biz münaqişəyə cəlb olunduq.

Bu dəfə artıq dünya iqtisadiyyatı, o cümlədən bizim iqtisadiyyat Putinin məqsədyönlü aqressiyasının yaratdığı inflyasiya təsirini və ləngiməni hiss edir. ABŞ və bütövlükdə NATO-dan daha çox şey tələb olunmazdan əvvəl bunu indi dayandırmaq daha yaxşıdır. Bizim müharibənin nəticələrini çəkməyə hazır olan Ukrayna kimi qətiyyətli tərəfdaşımız var ki, gələcəkdə bunu özümüz etmək məcburiyyətində qalmayaq.

Prezident Vladimir Zelenskinin Konqres önündə ötən ay etdiyi çıxış bizə Uinton Çörçillin 1941-ci ilin fevralındakı çağırışını xatırlatdı: “Bizə alətlər verin və biz bu işi bitirək”. Biz Bayden administrasiyasının Rusiya ilə birbaşa konfrontasiyadan qaçmaq qərarı ilə razıyıq. Ancaq Putinin həddi aşan cəsarəti bizə bu seçim imkanını verməyə bilər. Gələcəkdə Rusiya ilə qarşıdurmadan qaçmaq üçün Ukraynaya işğalçını dəf etməkdə indi kömək etməliyik.

Bu, bizim əsas götürməli olduğumuz tarixin dərsidir və çox gec olmadan təcili tədbirlər görülməlidir”, – məqalədə bildirilib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bu silahlarsız Ukrayna qalib gələ bilməyəcək – Klyut

Next Post

Ermənistanda aksiyaçılar Putini təhqir etdi – Video

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post
Ermənistanda aksiyaçılar Putini təhqir etdi – Video

Ermənistanda aksiyaçılar Putini təhqir etdi - Video

Ukrayna MN: Soledarda vəziyyət çox ağırdır

Ukrayna MN: Soledarda vəziyyət çox ağırdır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.