"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Razi Nurullayev “səfirliklərdə gizli dinləmə” ilə bağlı müraciət yaydı

28 Fevral 2015 - 18:35
in GÜNDƏM

“Dediyim və yazdığım məsələlərdə zərrə qədər də yalan yoxdur” images_razi nurullayev

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Bir neçə gün öncə AXCP-dən istefa vermiş Razi Nurullayevlə partiya rəhbərliyi arasında gərginlik davam edir. AXCP rəhbərliyinə daxil olan şəxslər R.Nurullayevi satqın adlandırırlar. Nurullayevə qarşı ən sərt mövqeni AXCP sədrinin müavini Fuad Qəhrəmanlı nümayiş etdirir. F.Qəhrəmanlı R.Nurullayevə qarşı danışarkən Niyaməddin Orduxanlı, Aynur Camalqızı və digər bir sıra şəxslərin də ünvanına ittiham irəli sürüb.

 
 
F.Qəhrəmanlının ittihamını cavablandıran BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı isə facebook sosial şəbəkəsində ona cavab verib: “Vaxt gələcək Əli Kərimliyə ən sərt sillə vuran Fuad Qəhrəmanlı olacaq. Fuad Qəhrəmanlı Əli Kərimlinin yanında çox qalmayacaq və o da istefa verəcək. Fuad Qəhrəmanlı özü də yaxşı bilir ki, Əli Kərimli yeganə şəxsdir, onunla uzun yol getmək mümkün olmur və o hər kəsə xəyanət etməyi bacarır. 
Əli Kərimli kimlərə xəyanət etməyib ki?! Əbülfəz Elçibəy başda olmaqla, hər kəsə, o cümlədən tələbə yoldaşlarına, dost dediyi şəxslərə, hətta ailəsini və özünü qoruyan insanlara. Əli Kərimli bolşevikdir. Kim onunla deyilsə, düşməndir. Bu adam üçün heç bir mənəvi dəyər qalmayıb. Sözün həqiqi mənasında Əli Kərimli iliyinə qədər siyasiləşmiş adamdır. Ona yaxşılıq edən adamı bir saat ərzində düşmən edir. Baxın Razi bəyin acıqlamalarına. Neçə ola bilər ki, ondan imtina edən hər kəs-müavinləri olmuş Asəf Quluyev, Razi Nurullayev və müşavirləri Şakir Abbasov, Zərifə Məhəddinova, Rəsul Mirhəşimli eyni ittihamları səsləndirir? Fuad Qəhrəmanlı Aynur Camalqızını da ittiham edib. Başa düşə bilmirəm, əgər Aynur xanımın fəaliyyəti siz qane etmirsə, necə ola bilər ki, Fuad Qəhrəmanlının həyat yoldaşı Aynur xanımın rəhbərlik etdiyi media qurumunda çalışıb? Bunu necə başa düşək?”
R.Nurullayev isə facebook səhifəsində AXCP yetkililərinin sosial şəbəkələrdəki fəaliyyətindən yazıb. O bildirib ki, partiyada bəzi sədr müavinlərinin  facebookda bir neçə səhifəsi var ki, onların vasitəsilə rəqiblərə qarşı kampaniya aparırlar: “Saxta profillər fəlsəfəsini Azərbaycan siyasətinə bu partiya gətirib və buna təəssüf edirəm. Sədr müavinlərindən də bir-ikisi istisna olmaqla, hər biri onlarla saxta profil istifadə edir. Bu, çox utancverici hərəkətdir. Saxtakarlıqlara qarşı mübarizəni əlində bayraq edən partiya bunu özünə necə uyğun görə bilər?
Utanıram. Həm də yanıram. Yanıram o istismar etdiyiniz cəbhəçilər üçün. Çünki saxta profillər real adamların görünsün deyə, ömründə bir dəfə internetə girməyən cəbhəçilərin adından belə profilləri yaradıb sizdən fərqli düşünənləri söyür və dışlayırsınız. Bilirəm ki, bu həm də AXCP sədrinin göstərişi ilə yerinə yetirilir. Bəs harada qaldı azad söz, fərqli fikir və digərlərinin düşüncəsinə hörmət?”
R.Nurllayev fevralın 26-da media nümayəndələri üçün də müraciət yayıb. Müraciətində bildirib ki, mətbuat konfransında ABŞ və Amerika səfirliyi barədə dedikləri kontekstdən çıxarılaraq verilir: “Bunun üçün də aydınlıq gətirirəm. Əli Kərimli ilə evində görüşərkən o mənə deyib ki, ABŞ və Böyük Britaniya səfirlikləri ona məlumat veriblər ki, mən hakimiyyətə işləyirəm. O deyib ki, onlar mənimlə bağlı məlumat toplayıblar və 3-4 ildir ki, ona məlumatlar ötürürlər. Əslində bu fikri mənə bir dəfə də 2012-ci ildə demişdi. O zaman isə yalnız Böyük Britaniya səfirliyinin adını çəkmişdi. Bunu ictimailəşdirmək ayıbıma gəlmişdi. Düşündüm ki, mənə təzyiq edir.
Aramızda hər zaman problem yaranırdı. Çünki o mənim yazdığım və verdiyim hər bir açıqlamanın gah başlığının düzəldilməsini tələb edirdi, gah Dağlıq-Qarabağla bağlı verdiyim müsahibə və yazdığım yazıların onun mövqeyi ilə üst-üstə düşmədiyini deyirdi. Gərək mənim hər yazımın son missiyası “bu iqtidar Dağlıq-Qarabağı satıb” olaydı. Amma istəmirdim ki, politoloq kimi verdiyim açıqlamalarda ədalətsiz mövqe tutum və jurnalistlərin də mənə politoloq kimi maraqları azalsın. O mənə səfirliklərlə bağlı bunları deyən zaman inanmadığımı söylədim. Dedim ki, onlarla mən də görüşürəm və heç zaman mənə belə bir münasibət sərgilənməyib.
 Üstəlik, kiçik bir mübahisə etdik və qeyd etdim ki, adını çəkdiyiniz səfirliklər bu sözləri deməzlər. Diplomatlar çox ehtiyatlıdırlar və əsasən ümumi fikir danışırlar. Heç zaman ortaya mövqe qoymurlar. Bir daha bəyan edirəm ki, ABŞ və Böyük Britaniya səfirlikləri ilə bağlı heç zaman problemim olmayıb və hər zaman isti münasibətlərimiz olub. Hər zaman Amerika və Böyük Britaniyanı Azərbaycan dövlətinin dostu hesab etmişəm və fikirlərimdə dəyişiklik əmələ gəlməyib. ABŞ və Böyük Britaniya səfirliklərinə müraciət edirəm ki, biz bu məsələləri stol arxasında müzakirə edək. Dediyim və yazdığım məsələlərdə zərrə qədər də yalan yoxdur. Əksinə, hələ bir az yumşaldaraq fikrilərimi izah etməyə çalışıram.
Mən əminliklə yalan detoktorundan da keçməyə hazıram. Heç düşünmədən. Bunu mətbuatın qarşısında da, təklikdə də edə bilərəm”.
Etibar SEYİDAĞA
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Rusiya Sərkisyanla bağlı hərbi tribunalın yaradılmasına imkan verməz”  

Next Post

“Borya ədalətli, sevən ata idi…”

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

“Borya ədalətli, sevən ata idi…”

Konqresmen Donald Peyn Xocalı faciəsilə bağlı bəyanat verib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.