"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Razi Nurullayev:”Çox möhtəşəm qurultay keçirəcəyik”

06 Oktyabr 2015 - 12:11
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı


AXCP-nin Razi Nurullayevin rəhbərlik etdiyi Etimad Qurultayı üzrə Təşkilat Komitəsi (EQTK) partiyanın Əli Kərimli qanadının keçirdiyi 27 sentyabr tarixli qurultayla bağlı Ədliyyə Nazirliyinə müraciət ünvanlayıb. Səbəb kimi, EQTK Ə.Kərimlinin bir il ərzində qeyri-legitim şəkildə sədr olmasını göstərib.

Hazırda ciddi şəkildə 18 oktyabrda keçiriləcək qurultaylarına hazırlaşan R.Nurullayev “Yeni Müsavat”a açıqlamasında müraciət etmələrinin səbəblərini açıqladı:  “AXCP uğrunda iki tərəf arasında mücadilə gedirsə, tərəflər haqlı olduqlarını sübuta yetirməlidir. Biz də bu haqqımızdan istifadə edərək, Ədliyyə Nazirliyinə müraciət etmişik ki, Əli Kərimlinin keçirdiyi qurultay ciddi şəkildə yoxlanılsın. Bizə məlumat verildi ki, ora gələn qurultay nümayəndələri müxtəlif yollarla cəlb olunublar. Qurultaya çox adam yığmaq olar. 
Amma hər şey hüquqa əsaslanmalıdır. Partiya nizamnaməsinə görə, 4 ildən bir sədr seçkiləri olmalıdır. Bu baxımdan Əli Kərimlinin son bir ildəki sədrlik fəaliyyəti qeyri-legitimdir. Ədliyyə Nazirliyinin cavabını gözləyirik. Biz qurultayımıza Ədliyyə Nazirliyinin nümayəndələrini də dəvət etmişik. Bütün qaydalara uyğun qurultay keçirəcəyik. Nazirliyin nə zamana qədər cavab verməli olduğunu hüquqşünaslar yaxşı bilirlər. Açığı, qurultayımıza qədər nazirliyin bu barədə açıqlama verməsini gözləyirəm”.
EQTK sədri qurultay hazırlıqlarından danışdı: “Hazırlığımız yüksək səviyyədə keçir. Azərbaycan tarixində çox möhtəşəm, yaddaşlarda qalan bir qurultay keçirəcəyik. Son ana qədər konfranslarımız davam edəcək. Daha çox rayonları əhatə etmək istəyirik. Düşünürəm ki, konfrans keçirilən rayonların sayını 50-nin üzərinə qaldıra biləcəyik. Heç bir halda əvvəlcədən hansısa nəticəni söyləmək mümkün deyil. Kərimli qanadının möhtəşəm qurultay barədəki fikirləri sadəcə gülüş doğurur. Kimin əsl AXCP olduğu müəyyənləşəcək. Bir məsələdə əminəm. İnanıram ki, hüququ təmsilçilik bizdə olacaq. Buna çox ciddi inanırıq. İstənilən halda AXCP adına dəyişiklik etmək niyyətimiz yoxdur. Başqa bir təşkilat yaratmaq planımız da yoxdur. Əsl AXCP bizik”.

R.Nurullayev Milli Şuranın üzvü Eldəniz Quliyevin ona və tərəfdarlarına təhqir yağdırmasına da toxunaraq, artıq hüquq çərçivəsində hərəkət etməyə məcbur edildiyini söylədi: “Əli Kərimlinin tərəfdarlarının və sınıq-salpaq orbiti ətrafında fırlananların tərbiyəsi, işlətdikləri ifadələr səbr kasamı doldurub. Bunu xüsusi qeyd edirəm ki, düşünsünlər. Eldəniz Quliyev adlı bir avantürist şəxsin küçə söyüşləri ilə təhqir etməsi, dostlarımı aşağılaması, artıq ”ağ etmək” anlamına gəlir. O, ziyalı deyil, ona ziyalı deməyə ağzıma heyfim gəlir. Bu adam mövcud hüquqi, mənəvi sərhədləri keçib. Bununla belə, Kərimlinin bir metrliyində fırlanan insanlar, cangüdənləri, söz aparıb gətirənlərinin hər biri bütün mənəvi hüdudları keçiblər. Mən hüquqi addımlar yolunu atmağı özümdə saxlayıram. Çox ciddi düşüncələr içərisindəyəm. Eldəniz Quliyev atamı, anamı təhqir edib. Onun şəxsi inboxda yazdığını paylaşıb-paylaşmamaqla bağlı düşüncələr içərisində qalmışam. Düşünürdüm ki, bəlkə bu adam düzələr. 

Amma nəinki düzəlir, günü-gündən geri gedir. Mədəniyyətsiz, səviyyəsiz, tərbiyəsiz hala gəlib. Bu adam elə ifadələr işlədir ki, keçmişdə ata-babalarımız bu ifadələrə görə ya ölürdülər, ya da kimisə öldürürdülər. Hüquqi dövlətdə yaşadığımıza görə bu gün susmağa məcburam. Belə insanlar bu cür addımlar atmaqla, digər insanları da fəlakətə sürükləyirlər. İnsanların ana-bacısını, ata-anasını təhqir etmək artıq son həddir. Buna görə ciddi maddələr var. Bütün bunlar birbaşa Əli Kərimlinin göstərişi ilə həyata keçirilir.
Şeytan obrazına girərək, çox murdar, həyasızcasına təhqirlərə yol verirlər. Əlimdə olan faktları toplamışam. Bununla bağlı addım atsam, arxasından çəkilməyəcəm. Heç bir zaman onların əfv olunmasına, onlarla barışmağa çalışmaram. Bilirəm ki, əlimdəki faktları ortaya qoysam, onları həbsdən heç kəs azad edə bilməz. Onlar yaramazdır.
Bu cür insanların yeri həbsxanadır. Hazırda ailədən aldığım tərbiyəm bu addımı atmağa imkan vermir. Onlar ciddi ictimai qınağa məruz qalmalıdırlar. Onların üzünə tüpürmək lazımdır. İctimaiyyətdən layiq olduqları cəzanı almalıdırlar. Bu cür şərəfsizlik etməyin heç bir hüdudu yoxdur. Belə insanlar cəmiyyətdən təcrid olunmalıdırlar. Çünki bu insanlar cəmiyyətə murdarlıq, şərəfsizlik, mədəniyyətsizlik, fahişəlik təbliğ edirlər”.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Aslan İsmayılovun deputatlığa namizədliyi qeydə alındı

Next Post

Dərman bazarında qıtlıq yaranması barədə məlumatlara aydınlıq gətirilib

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Dərman bazarında qıtlıq yaranması barədə məlumatlara aydınlıq gətirilib

Pilot uçuş zamanı öldü

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.