"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Razi Nurullayev:“Demokratik cəmiyyət iştirakçıları sanki siyasi qəfəsə salınıb”

09 Sentyabr 2015 - 21:57
in SİYASƏT, XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

“YAP siyasi hakimiyyəti ATƏT-i ölkədən çıxardı. Avropa Şurasını, Avropa Parlamentini, AŞPA-nı tərəfli, baiskar və erməni maraqlarına xidmət edən elan etdi. Avropa Birliyinə inteqrasiyadan imtina etdi. Dövlət başçısı İlham Əliyev nazirlərə Avropaya inteqrasiyadan danışmağı belə qadağan etdi. ABŞ isə ölkədə rəngli inqilablar hazırlamaqda günahlandırıldı. Bütün bunlar sonunda YAP-ın təkhakimiyyətlilik iddialarını daha da artırmış olmaqla bərabər, hazırki ölüvay siyasi vəziyyəti də formalaşdırmış oldu”.

Cebhe.info xəbər verir ki, bunu AXCP Etimad Qurultayının Təşkilat Komitəsinin sədri Razi Nurullayev Facebook səhifəsində yazıb.

Razi Nurullayevin fikrincə, sanki ölkədə seçki yoxdur:

“Siyasi partıyalar yıpradılıb, bəziləri müxtəlif yollarla ələ alınıb, kimlərəsə də sakit dayanmaq üçün göstəriş verilib. ATƏT-in və digər demokratik təsisatların ölkədən qovulması, vətəndaş cəmiyyətinin zəiflədilməsi və fəaliyyətinin kəskin məhdudlaşdırılması, onlarla vətəndaş cəmiyyəti rəhbərinin günahsız yerə həbsə atılması ölkə üçün acı fəlakətlər doğurub. YAP deyir ki, demokratik cəmiyyət qurmuşuq, amma əfsuslar olsun ki, demokratik cəmiyyət iştirakçıları sanki siyasi qəfəsə salınıb. Azərbaycanda demokratik açılıma ehtiyac var. Qorxu və təhdid altında idarəçilik sonunda daha böyük arzuolunmaz nəticələrə gətirə bilər. Görünən budur ki, iqtidar idarə olunan bir demokratiya yaratmaq arzusundadır. Amma, bu alınmır. Çünki hər şey alınıb-satıla bilməz. İnsan qəlbinə, düşüncəsinə hökm edilsə də, istənilən effekti yaratmaq gücündə deyil. Əfsuslar olsun ki, belə bir şəraitdə fəaliyyət göstərmək, yeni ideyalar və düşüncələri də cəmiyyətə yeritmək çətinləşir. Azərbaycan əslində keçid mərhələsindədir. Onun üçün də beynəlxalq demokratik təsisatların da ölkədə olması şərtdir. Nə qədər gec deyil, YAP qərarına yenidən baxmalı və ATƏT-in fəaliyyətini bərpa etməlidir. Cəmiyyətdə belə bir fikir var ki, müxalifətin proqramı yoxdur. Bu düzdür, amma dünyada qəbul edilmiş praktikalar var. Amerika kəşf etmək də lazım deyil”.

Razi Nurullayev ölkədə normal cəmiyyət qurmağın yolunu da göstərib:

“Əgər Azərbaycanın siyasi hakimiyyəti Avropa Birliyi, ATƏT, Avropa Şurası ilə düzgün iş qursa və inteqrasiyaya maraqlı olsa, o zaman ölkəni keçid vəziyyətindən çıxara və normal cəmiyyət qura bilərik. Əslində, Azərbaycanın siyasi hakimiyyətinin legitimliyi azad və şəffaf seçkidən keçir. Azad və şəffaf seçki isə ATƏT-in, Avropa Birliyi, Avropa Şurasının tam nəzarəti ilə həyata keçirilməli və beynəlxalq aləm tərəfindən azad və şəffaf seçki kimi tanınmalıdır”.

 

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İlham Əliyev: Azərbaycanda “Maydan hərəkatı” yaratmaq istəyirdilər

Next Post

Bakı Şəhər İcra Hakimiyyəti AXCP-nin qurultayı üçün yer ayırıb

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

Bakı Şəhər İcra Hakimiyyəti AXCP-nin qurultayı üçün yer ayırıb

İsti hava şəraiti davam edəcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.