
Dünən İspaniya La Liqasında “Real” – “Barselona” oyunu baş tutub. Madriddə keçrilən “El Klasiko”da 5 qol vurulub.
Oyun “Barselona”nın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. “Real”ın qollarına Kasemiro və Ceyms Rodriges imza atıb. “Barselona”nın heyətində isə Lionel Messi dubl edib, İvan Rakitic bir qol vurub.
Qeyd edək ki, hazırda “Barselona” 75 xalla turnir cədvəlinə başçılıq edir. Eyni xala malik “Real”ın ehtiyatda bir oyunu var.
Elchi.az



