“Ölkə vətəndaşlarının iqtisadi vəziyyətinin,sosial rifahının yaxşılaşdırılması Dövlətimiz üçün hər zaman proritet məsələlərdən biri olub. Son zamanlarda inflyasiyanın sürətlə artımı,zəruri ehtiyyac mallarında idxaldan asılılıq iqtisadi inkişafın əksinə tənəzzülə nəticələnir. Gəlirlər %5 artırsa bununla bərabər xərclər xüsusi ilə də qida məhsullarına çəkilən xərc ən yaxşı halda 25 % artır”-bu sözləri Elchi.az-a açıqlamasında iqtisadçı Günay Hüseynova deyib.
Onun sözlərinə görə istehlakçı nəinki statistikaya, real bazar qiymətlərinə inanır:”Real bazar və gəlir arasındakı rəqəm həqiqətən də böyükdür. Əgər müəyyən bir sahədə əmək haqqı 10% qalxırsa həmən gecədən bütün qiymətlər artır. Əvvəlki illərdə tələb təklif var idi. İndi isə tələbdən asılı deyil, quru sərhədlərin bağlı olduğundan sui istifadə edən sahibkar var, suvarmaya su tapmayan, gübrənin bahalığından və digər səbəblərdən əziyyət çəkən kəndli var. Qiymət bahalaşmanın tək səbəbi var yerli istehsalın olmaması, yerli istehsalın olması üçün kəndliyə, fermerə maddi, mənəvi şərait lazımdır ki qarşılığını ala bilsin”.
Havar Şəfiyeva





