“Real” İspaniya La Liqasının XXIX turunda “Barselona” ilə oyuna xüsusi hazırlıq görüb.
“Kral klubu”nun futbolçuları “El Klasiko” üçün istehsal olunan formada çıxış edəcəklər.
Komanda meydana qara formada çıxacaq ki, bu, Madrid təmsilçisinin yaranmasının 120 illiyinə həsr olunub. Forma “Yohji Yamamoto” və “Adidas”ın xüsusi kolleksiyadır.
Qeyd edək ki, martın 20-də keçiriləcək “Real” – “Barselona” görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.






