İspaniya La Liqasının 22-ci həftəsində səfərdə “Xetafe”nin qonağı olan lider “Real Madrid” Xoselunun vurduğu iki qolla rəqibini 2:0 hesabı ilə məğlub edib. Millimiz Arda Gülər ehtiyat oyunçular skamyasında yer alıb və matçda meydana çıxmayıb.
Elchi.az xəbər verir ki, Real Madridin qələbə qollarını 14 və 56-cı dəqiqələrdə “Joselu” ləqəbli Xose Luis Mato Sanmartin vurub.
Digər tərəfdən, “Real Madrid”in alman müdafiəçisi Antonio Rüdiger ilk hissənin sonunda zədələndiyi üçün ikinci hissədə matçı davam etdirə bilməyib və onu fransalı Eduardo Kamavinqa əvəzləyib.
Real Madridin heyətində yer alan Arda Gülər əvəzedicidə gözləyərkən, “Xetafe”dən ayrılaraq İngiltərənin “Bornmut” komandasına keçən Enes Ünal matçı tribunadan izləyib.
Milli komandanın baş məşqçisi Vinçenzo Montella da matçı izləyib.
Paytaxt Madridin iki komandasını qarşı-qarşıya gətirən derbi matçında qazandığı qələbə ilə La Liqada xallarını 57-yə yüksəldən “Real Madrid” “Jirona”nı qabaqlayaraq (55 xal) yenidən liderliyə yüksəlib.
“Xetafe” 29 xalla 10-cu pillədə qalıb.
Nuranə Məmmədova






