"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rektor-deputata keçmiş işçisindən şok ittihamlar – VİDEO

30 Oktyabr 2014 - 10:17
in FLƏŞ, MÖVQE
Xatirə Həsənova Prezidentə video müraciətində Aqiyə Naxçıvanlı və filial müdiri haqqında nələr deyib?
26786Orucəli Rzayev: «Onu məhkəməyə verəcəyəm»
Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının sabiq əməkdaşı Xatirə Həsənova “Youtube” kanalı vasitəsi ilə ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıb.
X.Həsənova Prezident Administrasiyasına üzləşdiyi qanunsuzluqla bağlı məktub göndərdiyindən iki ay ötsə də, hələ də cavab almadığını bildirib: “Zəng edib soruşduqda isə “Narahat olmayın xanım. Məktubunuz araşdırılır, nəticəsi haqqında sizə məlumat veriləcək” deyirlər. Bu da nəticəsi. Mən Əmək Məcəlləsinin 70-ci (ƏM) bəndinə əsasən əsassız olaraq işdən azad edildim. Çarəsiz durumda qalıb sizə müraciət edirəm. Ümid edirəm ki, bir Azərbaycan qadınının saxta ittihamlarla ləkələnməsinə, ailəmin yeganə qazanc yeri olan işimi itirməyə imkan verməyəcəksiniz”.
X.Həsənova müraciətində AMİ-nin Mingəçevir filialı fəaliyyətə başlarkən müəllim, müasir metodlar kabinetinin müdiri, dekan və 2006-cı ildən əlavə təhsil üzrə direktor müavini vəzifəsində çalışdığını qeyd edir.
“16 oktyabr 2014-cü il tarixində rektor Aqiyə Naxçıvanlı Mingəçevir filialının keçmiş, hazırda Zaqatala filialının müdiri Orucəli Rzayevin etdiyi saxtakarlıq və mənimsəmə faktlarını gizlətmək üçün məni əsassız olaraq işdən azad edib” – deyə X.Həsənova iddia edir.
“Aqiyə xanım, 2012-ci ilin may ayında sizin filiala göndərdiyiniz yoxlama komissiyasını təmsil edən Telman Muradov və Həmkarlar Təşkilatının sədri Rövşən müəllim O.Rzayevin rüşvət müqabilində buraxılan onlarla tələbədən ikisinin Rusiyada olduğu halda onların kursdan kursa keçirilməsi və onlara qiymət yazılması, ümumiyyətlə filialda dərsdə davamiyyətləri bərbad durumda olan tələbələrə rüşvət alaraq onlara kömək etməsi kimi faktlar aşkar etmişdilər. Belə olan halda nəyə görə O.Rzayevə ƏM-in 70-ci bəndini vermədiniz?! Bunun əvəzinə onu Zaqatala filialının direktoru təyin etdiniz” – deyə X.Həsənova sual edir.
Şikayətçi A.Naxçıvanlının ona etimad göstərərək direktor, müdir əvəzi səlahiyyətlərini həvalə etdiyini də bildirir. “Nə biləydim ki, məqsəd təhvil-təslimsiz sabiq müdirin dövründə mənimsənilən inventar çatışmazlığını gizlətməkmiş. Mənə “audit gətir, yoxlat! Nəyi götürüb, gəlib geri qaytarsın!” dediyiniz halda, aparılan yoxlamaların nəticələrini isə hansısa bir çəkəcəyə atacaqdınızsa, nəyə lazım idi bu yoxlamalar?! İllərdir Gəncə Müəllimlər İnstitutunda yoxlama aparmısınız və hamını əmin etmisiniz ki, orada hər şey qaydasındadır. Təhsil naziri Mikayıl Cabbarov təyinatından az sonra Gəncə və Qazax filiallarında sayı bilinməyən saxta diplomların mövcudluğunu aşkar edildi. On il sizin rəhbərliyiniz altında saxta diplomlar verildi, ancaq sizin bundan xəbəriniz olmadı?! Məni bu müraciətə siz məcbur etdiniz Aqiyə xanım. Dəfələrlə qəbulunuza gəlsəm də məni qəbul etmədiniz. Bunun əvəzində O.Rzayev və polislə mənə etmədiyiniz qalmadı – deyə X.Həsənova işlədiyi dövrdə müəyyən etdiyi bəzi qaranlıq məqamlara da toxunur.
 “Filiala rəhbərlik etdiyim dövrdə iki kafedra müdiri, dosent Zemfira Əzizova və Rahilə Məmmədovanın filialın əmr kitablarının sökülərək yenisi tutulduğu barədə rəsmi məlumatları əsasında araşdırma apardım, qanunsuzluqları ortaya çıxardım. Bundan başqa, mövcud olmayan qruplara dərs saatlarının salınması və ya ödənilən saatlara görə təkrar vəsaitlərin ödənilməsi, əmək haqqı xəzinədarlığa verilən siyahıda dəyişiklik edərək banka başqa siyahı verilərək büdcə vəsaitinin talan edilməsi, diplom işlərinə görə yazılan saat hesabı üçün əmək haqların mənimsənilməsi, müəyyən vəsaiti mənimsəmək üçün imzası tələb edilən sənədlərni digər şəxslər tərəfindən imzalanması kimi faktlar aşkar edildi”. X.Həsənova deyir ki, Gəncə Dövlət Universitetindən 10-dan artıq müəllimin filiala dərsə gəlmədiyi halda “05” ştat vahidi olaraq adlarına maaş kartı açıb büdcə vəsaitlərinin talan edilməsi müəyyən edilib. Üzümü tutub GDU-nun bir qrup müəllimlərinə –  Zirəddin Həsənova, Zahid Abbasova, İldırım Qasımova, Nərgiz Tağıyevaya, Rauf Məmmədova, Mayıl Mustafayeva, Tahir Ələkbərova, Bəhramgur Mustafayevə, Zülalə Aslanovaya, Telman Quliyevə və Bağır Bağırova deyirəm, niyə sizin adınızla büdcə vəsaitlərinin talan edilməsinə imkan verirsiniz? Biz Mingəçevir filialı sizləri tanımırıq, siz bizləri tanıyırsınızmı? Z.Aslanova sizə yenidən hazırlanma təhsilində yazılan saat hesabı əmək haqqı verilməsi üçün o təqdimat yazdırılıb. O.Rzayevin yeni təyinatından sonra yaratdığı ixtisar xofu altında mən də təqdimat yazmışam. Mən də O.Rzayevin digər “kəsdiyi” başlara sorğu-sualsız imza atmışam” – deyə X.Həsənova video müraciətində etiraf edir.
Əməkdaşımız qeyd edilən video müraciətdə adı tez-tez hallanan, AMİ-nin Zaqatala filialının müdiri Orucəli Rzayevlə əlaqə saxladı. O.Rzayev məsələ ilə bağlı X.Həsənovanı məhkəməyə verəcəyini bildirdi: “Artıq vəkillə danışmışam, ehtimal ki, bir-iki günə məhkəməyə müraciət ediləcək”.
Gülnar Səlimova 

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“İŞİD” 25 kürd məktəblini girovluqdan azad etdi

Next Post

Putinlə Ərdoğanın əsas fərqi – sensasion təhlil

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post

Putinlə Ərdoğanın əsas fərqi - sensasion təhlil

Daha bir jurnalist həbs olundu (VİDEO)

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.